Yeni yaradılacaq parlamentin qəbul edəcəyi ilk qanun hansı olacaq?

Yeni yaradılacaq parlamentin qəbul edəcəyi ilk qanun hansı olacaq?"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında" yeni qanun layihəsi hazırlanır.

Sonxeber.az-ın məlumatına görə, bu barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz o olacaq: "Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyir. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək".

Sosial   Baxılıb: 1170   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR