Azərbaycanda yeni medal təsis edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilib.
Sonxeber.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında çıxış edərək bildirib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir:
Əli Hüseynli qeyd edib ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb: Ölkəmizdə diaspor fəaliyyətinə çox böyük əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir. Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız orden və medalları ilə Azərbaycana təltif olunublar. Bu baxımdan xüsusi bir medalın diaspor fəaliyyətində xidmətə görə medalının təsis olunması çox əhəmiyyətli addımdır. Həm birinci, həm də ikinci oxunuşda həmkarlarımız da bu məsələni dəstəkləyib. Düşünürəm ki, üçüncü oxunuşla bağlı başqa bir problem yoxdur. Səsə qoyulmasını xahiş edirəm".
"Bu qanunun qəbul edilməsi orden və medallarımızın siyahısına şərəfli töhfəsini vermiş olacaq",-deyə komitə sədri əlavə edib.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1175 Tarix: 03 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÖvladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi
Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü
19 aprelOrta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya
19 aprelQəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı
Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku
19 aprelAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprelİsrail İrana zərbə endirdi - VİDEO
İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində
19 aprelİki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA
Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı
19 aprelKəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video
İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi
19 aprel