Paşinyan saxta rəqəmlərlə beynəlxalq təşkilatlara yalan hesabat verməyə çalışır- RƏY

Paşinyan saxta rəqəmlərlə beynəlxalq təşkilatlara yalan hesabat verməyə çalışır- RƏYErmənistanın Baş naziri Nikol Paşinyan "Legatum Prosperity Index" İngilis Analitik İnstitutunun (Rifah indeksi) 2019-cu ildəki hesabatına toxunub və qeyd edib ki, Ermənistanın mövqeyi keçən ilə nisbətən 27 pillə yaxşılaşdıraraq 61-ci yeri tutub. Ermənistan dünya ölkələrinin rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdırdığı yalanını Paşinyanın elə öz həmyerlisi ifşa edib. Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb ki, Ermənistanda hələ də belə hesabatları orijinal və tam şəkildə oxuyan insanlar var. O, paylaşımında əslində Ermənistanın mövqeləri həqiqətən yaxşılaşdığını, ancaq Paşinyanın yazdığı kimi 27 pillə deyil, 7 pillə yüksəldiyini qeyd edib. Aşotyan bu cür dezinformasiyanın Paşinyana hökumət işçiləri tərəfindən verildiyini və yalan xarakterli arayış məruzələr hazırlayan məmurlar cəzalandırılmalı olduğunu da bildirib.

Nəzərə alsaq ki, Paşinyan bundan əvvəl, Qarabağ münaqişəsi ilə bağlı avantürist açıqlamalar verməklə reytinqini xeyli dərəcədə artırmağa çalışıb. Lakin bu, avantüra gözlənilən effekti vermədi. İndi Paşinyan vaxtaşırı beynəlxalq institutuların reytinq göstəricilərinə müraciət edir. Burada da saxtakarlıq etməklə seçicilərini aldatmağa çalışır. O zaman bu qənaətə gəlmək olar ki, Paşinyan sarsılmış nüfuzunu bərpa etmək üçün vaxtaşırı bu cür yalanlar uydurur.

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Ermənistanın beynəlxalq reytinq cədvəllərində irəliləməsi inandırıcı deyil:

" Bu, rəqəmlərlə manipulyasiya, beynəlxalq təşkilatlara yalan hesabat verməklə ölkənin reytinqini saxtakarlıqla artırmaq cəhdlərinin nəticəsidir. Ölkə iqtisadiyyatının xeyli hissəsi kölgə iqtisadiyyatıdır, əsasən Qarabağ klanına daxil olan oliqarxların iri maliyyə resurslarına nəzarət etməsi heç kəsə sirr deyil, Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir, hazırda Rusiya və ABŞ, Avropa arasında Ermənistanın xammal mənbəyi kimi istismarı uğrunda mübarizə gedir ki, bunlardan ən şiddətlisi Amulsar qızıl mədəninin istismarı ətrafında baş verən qalmaqalla bağlıdır. Ölkə təbii resurslarla zəngin deyil, işğal siyasəti ucbatından tranzit layihələrdən kənarda qalmışdır və Azərbaycan qlobal nəqliyyat-kommunikasiya, enerji qovşağında coğrafi cəhətdən mərkəzi, status baxımdan söz sahibi ölkə olaraq Ermənistanın iştirakına icazə vermir. Belə bir ölkənin inkişaf perspektivləri qaranlıqdır, diasporanın və xarici yardımların, ianələrin hesabına mövcud olan ölkə inkişaf edə bilməz".

" Əhalinin rifah halının yaxşılaşdırılması haqqında Paşinyanın iddiaları və təqdim etdiyi rəqəmlər əlbəttə ki, mifdir. Xarici media nümayəndələri daima əhalinin səfalət həddində yaşamasına dair nəinki əyalətlərdən, hətta paytaxt Yerevandan real şəxslərlə görüşüb reportajlar hazırlayırlar. Əgər Ermənistan əhalisinin sosial vəziyyəti doğurdan da yaxşılaşsaydı, Paşinyan Qarabağa dair bu qədər populist çıxışlar edərək, ac, səfil insanları bu məsələlərlə ovutmaq ehtiyacı hiss etməzdi. Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda Ermənistan 2050 – Strateji İnkişaf Sənədi elan edib. Bu sənəd beynəlxalq maliyyə təsisatları tərəfindən şübhə ilə qarşılanıb və onun həyata keçirilməsinin real olmadığı vurğulanıb. Ermənistan 2050 – Strateji İnkişaf sənədində Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub"-deyə politoloq bildirib.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1118   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart