"BDU-nun bufetində satılan bütün məhsulların uyğunluq, təmizlik sertifikatı var"-Ekspertdən AÇIQLAMA

"BDU-nun bufetində satılan bütün məhsulların uyğunluq, təmizlik sertifikatı var"-Ekspertdən AÇIQLAMANoyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı xəbər bütün ölkədə narahatçılıq və qorxu yaratdı.

İlkin məlumatlara görə tələbələrin qidadan zəhərlənməsi deyilsə də, daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetin yataqxanasında tələbələrin zəhərlənməsinin səbəbinin qida olmadığını bildirib.

Bundan əlavə, yayılan məlumatlarda baş verən hadisədə Bakı Dövlət Universtetinin yeməkxanasını da günahkar bilənlər oldu.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, son 1 ay ərzində Bakı Dövlət Universitetində dövlət başçısının siyasətinə uyğun olaraq həyata keçirilən islahatlardan narahat olan qüvvələr, BDU-nun son 6 ay ərzində əldə etdiyi uğurları, inkişafı gözü götürməyənlər, tədrisdə, idarəetmədə müasir tələblərə cavab verən strukturun formalaşdığını görənlər həqiqəti əks etdirməyən informasiyaları yayırlar:

" İlk növbədə qeyd edək ki, Bakı Dövlət Universitetində hal – hazırda 24 mindən çox tələbə təhsil alır. Gün ərzində əyani təhsil alan 20 mindən çox tələbə, 4 minə yaxın əməkdaş BDU-da olur. Onların 16 mini hər gün BDU-nun yeməkxanasından istifadə edir. Onlar arasında 500 dən çox xarici ölkələrdən gəlmiş tələbələr var ki, BDU-nun yeməkxanalarından davamlı olaraq istifadə edirlər və razılıqlarını bildirirlər. BDU-da təhsil alan hər bir tələbə bizim üçün əzizdir, doğmadır. Onların təkcə bizim universitetdə təhsil almasında yox, eyni zamanda şəxsiyyət kimi formalaşmağında, sağlam həyat şəraitində yaşamalarında maraqlıyıq. BDU-nun yeməkxanalarının hər biri 2019-2020-ci tədris ili başlayana qədər yenidən qurulub, tələbələrin zövqünü oxşayacaq şərait qurulub. Hər gün səhər saatlarında gigiyenik sanitar qaydalara uyğun yeni ərzaqlardan yeməkxana üçün yeməklər, şirniyatlar hazırlanır. BDU-nun bufetində satılan, yeməkxanalarında istifadə olunan bütün məhsulların uyğunluq, təmizlik sertifikartı vardır. Əlbətdə ki, heç bir tələbənin fiziki, psixoloji naraharlığını arzu etməzdik. Amma baş verən hadisələrin BDU-nun yeməkxanası və ya BDU-da tələbələrin qidalanması ilə bağlılığı yoxdur. Ölkəmizdə prezident tərəfindən sosial tədbirlər həyata keçirilir. BDU rəhbərliyi də bu siyasəyə uyğun olaraq ehtiyacı olan, aztəminatlı tələbələrə dəstək məqsədi ilə onlara BDU-nun yeməkxanalarından istifadə etmələri üçün pulsuz kuponlar verir. Bəziləri məhz onların qidadan zəhərləndiyini deməsi qərəzli məlumatdır. Belə ki, hər həftə ərzində BDU-nun 4 minə yaxın tələbəsi pulsuz kupon əldə edir. Əgər həqiqətən də qidalarla bağlı bir problem olsa idi, bu kütləvi şəkildə baş verərdi. Bildiyiniz kimi mövsüm dəyişir. Payız həm də qida zəhərlənməsi mövsümüdür. BDU rəhbərliyi bununla bağlı davamlı olaraq tələbələrə tövsiyələrini verir. Bu mövsümdə tələbələr qida məhsulları alarkən ehtiyatlı olmalı və qidaların saxlanma qaydalarına riayət etməlidirlər. Ərzaqların düzgün olmayan istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür hallardan qaçmaq üçün qidaların saxlanma rejiminə riayət olunmalı, mikrobların öldürülməsi məqsədi ilə termik emal həyata keçirilməli, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır. Əlbətdə ki, BDU-nun 24 mindən çox tələbəsinin fərdi qidalanmasına nəzarət etmək mümkün deyil. Çünki onlar bir yerdə yox, ayrı – ayrı yerlərdə yaşayırlar. BDU-nun tələbə yataqxanalarında isə yeməkxana yoxdur və yemək verilmir. Hər bir tələbə fərdi qaydada bu məsələni özü həll edir. Buna baxmayaraq, bütün BDU kollektivi, tələbələri universitet rəhbərlioyinin nəzarətindədir. Harda olmalarından asılı olmayaraq onların həyat və sağlamlığı bizim üçün önəmlidir".

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1099   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer

17 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bunda

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel