"Azğın" romanının müəllifi Cəlil Cavanşir deyil-YENİ QALMAQAL

"Azğın" romanının müəllifi Cəlil Cavanşir deyil-YENİ QALMAQALCəlil Cavanşirin "Azğın" adlı yeni kitabı işıq üzü görüb.

Yazıçının 2015-ci ilin noyabrnda yazmağa başlayıb və bu ilin noyabr ayında tamamladığı romanı ərsəyə gələnə qədər bir çox çətinlik görüb. İş prosesində 3-4 dəfə adının dəyişməsi, müxtəlif nəşriyyatlardan çap üçün təklif gəlsə də, sonradan kitabdakı açıq-saçıq səhnələrə görə kitabın çapından imtina edilməsi yazarı ruhdan salmayıb. Nəhayət , kitab "XAN" Nəşriyyatında çap olunub. Lakin, ötən gün nəşriyyatın naşiri Müşfiq Xanın öz Facebook sosial hesabında paylaşdığı post böyük səs-küyə səbəb oldu.

Sözügedən postu olduğu kimi təqdim edirik:

"Açıqlama...
On ildən çoxdur nəşriyyatda işləyirəm. Və səkkiz ili ötüb, Cəlil Cavanşirlə dostuq. Bu açıqlamanı ortaq dostlarımızın təkidi ilə ictimailəşdirirəm. Əminəm ki, əziz dostum məni anlayacaq. Elə buna görə də bu açıqlamanı rahat paylaşıram. Məsələ burasındadır ki, son iki gündə sözügedən "Azğın" romanının müəllifi Cəlil Cavanşir deyil. Heç ümumiyyətlə romanın ilkin adı "Azğın" da deyilmiş. Təəssüflə bildirmək istəyirəm ki, müəllif bu sirri bizə - mənə və eyni məclisdə iştirak edən daha üç dostumuza (oxu: şahidə) dünən axşam, yəni kitab artıq işıq üzü görəndən sonra açıb. Dediyim kimi, on illik təcrübəmdə başıma ilk dəfə belə iş gəlir. Belə olmamalıydı, heç olmamalıydı... Heyif..."
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Cəlil Cavanşir romanın naşirinin bu barədə yazmaqla öz peşəkar imicini zərbə altına qoyduğunu bildirib:
"Bəli, Müşfiq bəyin iki iddiasından biri haqlıdır. Romanın adı ilk versiyada "Dəli Qorqud", ikinci versiyada "Bir dəlinin əhvalatları", üçüncü versiyada "Aşiqlər və başqa dəlilər" idi. Bu barədə Müşfiq Xanla ətraflı söhbət etmişdik. Romanın annotasiyasında da qeyd etmişəm, "Azğın psixoloji xəstəlikdən və sevgisizlikdən əziyyət çəkən, uşaqlıq travmaları bütün həyatını alt-üst edən bir dəlinin romanıdır." Postmodern epoxada müəllif önəmli deyil, mətn önəmlidir. Düşünürəm ki, "Azğın" son 20 ildə yazılmış romanların içində öz xüsusiliyinə görə seçiləcək. Qaldı ki, əziz dostum Müşfiq Xanın iddialarına, yaxşı olardı ki, bütün iddialarını sübut etsin. İnanmıram ki, o bu iddiaları sübut edə bilsin".
Bəli, iddialarını sübut etməsi üçün Müşfiq Xanla əlaqə saxladıq. Lakin, o:

"Onunla bağlı hər hansı bir məlumat verməyəcəyəm.Açıqlama yazılıb. Mən hazırda tədbirdəyəm"-deyə bildiridi.

Xatırladaq ki, "XAN" Nəşriyyatında çap olunan kitabın təqdimatı 14 dekabr tarixində baş tutacaq.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2282   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral