"Valdayda və Aşqabadda İlham Əliyev Paşinyana tarix və diplomatiya dərsi keçdi"-Politoloq rəyi

"Valdayda və Aşqabadda İlham Əliyev Paşinyana tarix və diplomatiya dərsi keçdi"-Politoloq rəyiAzərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşü 3 saat yarımdan çox davam edib. Rəsmi məlumatda tərəflərin münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardığı vurğulanır. Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. Bratislava görüşü 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu yüksək səviyyəli görüş sayılır.

Sözügedən görüşdə müzakirə olunan məsələlərlə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bu il sülh danışıqları tamamilə pozulmaq təhlükəsi ilə üzləşib:

"2019-cu il ərzində sülh danışıqlarında nəinki əhəmiyyətli irəliləyiş olmadı, əksinə, Ermənistan baş nazirinin məsuliyyətsiz və destruktiv bəyanatları ucbatından proses dalana dirəndi. 2019-cu il Azərbaycan prezidentinin Ermənistan baş nazirinin cəfəng bəyanatlarına demarşı xarakterli çıxışları ilə yadda qaldı. Valdayda və Aşqabadda İlham Əliyev Nikol Paşinyana tarix və diplomatiya dərsi keçdi. Baxmayaraq ki, Paşinyan demokrat imici ilə hakimiyyətə gəlmişdi, lakin Qarabağ məsələsinə dair mövqeyi onun bu imicinin saxta olduğunu göstərdi, o, verdiyi destruktiv bəyanatlarla özünü ifşa etdi. 2019-cu ildə Ermənistanın Dağlıq Qarabağı münaqişə tərəfi kimi sırımaq cəhdləri iflasa uğrasa da, ilin sonunda xüsusilə Rusiyanın fəallaşması diqqəti cəlb edir. Lavrovun Azərbaycana səfəri çərçivəsində Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci ilə dair məsləhətləşmə planını imzalandı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri isə çərçivəsində Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşma imzalanmışdı. Bu, qarşıdakı mürəkkəb dövrdə Azərbaycan və Rusiya arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır. Bütün bunlar göstərir ki, 2020-ci ildə Azərbaycan və Rusiya arasında xarici siyasətdə yaxınlaşma müşahidə olunacaqdır".

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.Görüş ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Azərbaycanda BİABIRÇILIQ: Nişanlı qız toydan əvvəl uşaq doğdu - FOTO

Azərbaycanda nişanlı qız toy olmadan uşaq dünyaya gətirdi.. . Sonxeber.az xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən gənc bildirib. . . O, qeyd edib ki, anası ilə atası nişanlı olan zaman cins

5 dekabr 2019

Nazirlər Kabinetindən Əli Əsədovun səs-küylü Qərarı ilə bağlı - AÇIQLAMA

Nazirlər Kabineti Baş Nazir Əli Əsədovun imzaladığı 463 nömrəli Qərarla bağlı izahat verib.. . Sonxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti bildirib ki, 463 nömrəli Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.. . . "Beləki

5 dekabr 2019

Hökumətdən "7 gün istirahət" qərarı ilə bağlı açıqlama - RƏSMİ

Nazirlər Kabineti qeyri-iş günləri ilə bağlı məlumat yayıb.. . Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:. . "İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

5 dekabr 2019

Azərbaycanlı Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı - FOTO

Əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Tereza Durova öz evinin dəhlizində huşsuz vəziyyətdə tapılıb. Onu gec gəlməsindən narahat olan sürücüsü aşkarlayıb.. . Bu barədə "5-TV" xəbər verir.. . Həkimlər onun insult keçirdiyini bildiriblər. Hadisənin təfərrüatı məlum deyil.. . . Qeyd edə

5 dekabr 2019

Qarabağda ermənilərə qanudduran Azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...

Onun üçün qanlı savaş hələ də bitməyib. Hər gecə yuxusuna erməni əsirliyindən qaytarılan yarıbədən adamlar girir. Hələ də gecələr yatmadan yuxu görür. 28 ildir "Qızartı" yüksəkliyinin şəhidləri səsini eşitməsinlər deyə, pıçıltı ilə danışır. Aldığı zərbələrdən qulağının biri, qolunun gücü daşlaşıb

5 dekabr 2019

Nazirlik bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO

Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyə

5 dekabr 2019

"Balaca vaxtı yanıma bir direktor gəlirdi, elə bilirdim anamdı"- Anasını axtaran qadının ürəkdağlayan harayı

Atv telekanalına müraciət edən İradə adlı qadın ürəkləri dağlayan haray edib.. . Sonxeber.az bildirir ki, Atv telekanlında "Bizimləsən" layihəsinə müraciət edən İradə edən qadın anasını axtarır. Onun emosional çıxışı hər kəsə təsir edib:. "Ən çox anamı istəyirəm. Balaca vaxtı mənim yanım

5 dekabr 2019

Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanıldı

Balakəndə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıbə. . Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindək

5 dekabr 2019