Ölkənin enerji təhlükəsizliyinə təhdid: Azərbaycan regionun "zapravka"sına çevrilir

Ölkənin enerji təhlükəsizliyinə təhdid: Azərbaycan regionun "zapravka"sına çevrilirSon günlərdə dizel yanacağının Azərbaycandan qaçaq yollarla qonşu ölkələrə daşınması ilə bağlı məlumatlar yayılır. Bu məlumatlarda Rusiya və Gürcüstanla sərhədyanı məntəqələrdə ölkədən dizel yanacağının çıxarılmasının şəbəkələşmiş formada həyata keçirildiyi bildirilir. İddialara görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Məlumatlarda qonşu ölkələrdə dizel yanacağının qiymətinin Azərbaycandakı daxili tariflərdən dəfələrlə yüksək olmasına görə, həmin ölkələrə Azərbaycandan yanacağın qaçaq yollarla (baklarda) daşındığı bildirilir.

Rəsmi statistikaya görə, son illərdə Azərbaycanda dizel yanacağının ixracının azalması müşahidə olunur. Bu azalma ölkədə dizel yanacağının tələbatının artımı kimi görünsə də, iddialara görə, qaçaqmalçılıq rəsmi ixracı əvəzləməyə başlayır. Bu da Azərbaycan dövlətinin ixrac gəlirlərindən məhrum qalmasına və Azərbaycanda yanacağın qıtlığına gətirib çıxarır.

"Report"un məsələ ilə bağlı araşdırmasına görə, dizel yanacağının ixracında mütəmadi azalma 2015-ci ildən bəri müşahidə olunur. Görünən odur ki, dizel yanacağının qaçaq yollarla xaricə daşınması elə bu ildən başlayıb. Bunun əsas səbəbi isə Azərbaycanda manatın devalvasiyası və devalvasiya nəticəsində yanacağın dollar ifadəsi ilə kəskin ucuzlaşmasıdır. Daha əvvəl qaçaqmalçılıq sərfəli olmayıbsa, devalvasiyadan sonra dizelin xaricə qaçaq yollarla daşınması sərfəli biznesə çevrilib.

Son illərin statistikası da bu iddianı bir növ təsdiqləyir. 2015-ci ildə dizel yanacağının ixracı 2014-cü illə müqayisədə 2,7% azalaraq 965,788 min ton təşkil edib. 2018-ci ildə isə ixrac miqdarı bu göstəricidən 2 dəfə az olub. 2016-cı ildə ixrac olunan dizel yanacağının həcmi 728,374 min ton (azalma 24,6%), 2017-ci ildə 561,5 min ton (2016-cı ildən 22,9% az), 2018-ci ildə 471 min ton (əvvəlki ildən 16% az), bu ilin 10 ayında 436,3 min ton təşkil edib.

Ölkənin enerji təhlükəsizliyinə təhdid: Azərbaycan regionun "zapravka"sına çevrilirMəbləğ ifadəsində azalma daha da nəzərə çarpır. Belə ki, 2014-cü ildə 718,2 mln. ABŞ dolları məbləğində olan ixrac 2018-ci ildə 2,8 dəfə azalaraq 254,2 mln. dollara düşüb. 2015-ci ildə 372,3 mln. dollarlıq, 2016-cı ildə 240,9 mln. dollarlıq, 2017-ci ildə 229,9 mln. dollarlıq dizel yanacağı ixrac edilib. Göründüyü kimi, rəsmi ixrac göstəricilərində kəskin azalma müşahidə edilir.

Ölkənin enerji təhlükəsizliyinə təhdid: Azərbaycan regionun "zapravka"sına çevrilir2016-2018 illərdə Gürcüstana dizelin rəsmi idxalı 652 min tondan 566 min tona düşüb. Bir halda ki, Gürcüstan iqtisadiyyatı dinamik inkişaf edir, hər il ÜDM-də bir neçə faiz artım qeydə alınır, yanacağın istehlak səviyyəsinin azalması uzaq ehtimal kimi görünür. Daha məntiqli ehtimal budur ki, Gürcüstan bazarına qaçaq yollarla Azərbaycandan ucuz dizel daxil olur və bazar tələbatının bir hissəsini ödəyir.
Bu gün Azərbaycanda dizelin topdansatış qiyməti 30 sent/litr, Gürcüstanda isə 3 dəfə daha yüksək – 90 sent/litr təşkil edir. Dizelin pərakəndə satış qiyməti Azərbaycanda 35 sent/litr olduğu halda, Rusiyada 70 sent/litr olaraq 2 dəfə yüksəkdir. Türkiyə və Ukrayna kimi ölkələrdə 1,16 sent/litr - Azərbaycandan 4 dəfə yüksəkdir. Qonşu ölkələrdə qiymətin yüksək olması Azərbaycandan dizelin qaçaq yollarla həmin ölkələrə daşınmasını sərfəli edib, bu isə ölkənin gəlirlərinə ciddi ziyan vurur.

2014-cü ildə devalvasiyadan əvvəl Azərbaycan təkcə dizelin satışından (daxili və xarici bazarlarda ümumilikdə) 1,7 mlrd.dollardan çox gəlir əldə edirdisə, son illər üzrə dizelin satışından gəlir 750-780 mln. dollar civarında dəyişir. Beləliklə, devalvasiya və ondan sonra baş alan dizel qaçaqmalçılığı Azərbaycan dövlətini hər il 1 mlrd. dollar gəlirdən məhrum edir.

Beləliklə, dizelin qiymətinin aşağı olması Azərbaycan dövlətini və xüsusən də əhalinin büdcədən maliyyələşən təbəqələrin gəlirlərini məhdudlaşdırır. Ölkədə dizelin ucuz olmasından qazanan isə nəticədə onu qaçaq yollarla idxal edən qonşu ölkələr olur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1775   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart