Prezident: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"

Prezident: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq.

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "ASAN həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.

Dövlət başçısı tez-tez Şamaxı şəhərində olduğu bildirib: "Mən doğrudan da Şamaxıda tez-tez oluram. Bir tərəfdən ona görə ki, Şamaxıya xüsusi diqqət göstərilir. Çünki bu, doğrudan da bizim tarixi şəhərimizdir. Ta qədim xəritələrdə Şamaxının adı vardır. Ona görə bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Biz Şamaxının tarixini, mədəni irsimizi qorumalıyıq. Digər tərəfdən, son illərdə Şamaxıda bir çox açılışlar olub, mən burada bir çox obyektlərin fəaliyyətə başlamasını qeyd edirdim. Ona görə mən Prezident kimi Şamaxıda 12 dəfə olmuşam. Bu səfər 13-cüdür. Bu il isə 3-cü səfərdir. Birinci səfərlər zəlzələ ilə bağlı idi. Fevral ayında və ondan sonra birinci evlərin, o cümlədən Saray nənənin evinin yenidən tikilməsini qeyd etmək üçün gəlmişdim".

Prezident onu da deyib ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların problemləri daim diqqət mərkəzindədir:

"Mən bu işlə demək olar ki, müntəzəm maraqlanıram. Bu gün yeni çoxmərtəbəli evin açılışını da qeyd edəcəyik. Əsas yükü təbii ki, dövlət öz üzərinə götürübdür. Amma mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Mən dedim ki, şamaxılıların, zəlzələdən əziyyət çəkmiş bütün vətəndaşların məişət problemləri həll olunmalıdır və həll olunur. Necə ki, İsmayıllı və Ağsu rayonlarında, orada da böyük tikinti işləri aparılır. Bu, bir daha bizim siyasətimizi göstərir. İndi təbii fəlakətlər hər bir ölkədə baş verir. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər. Bir neçə il bundan əvvəl bizdə həm daşqın olub, həm də şimal-qərb bölgəsində zəlzələ olub. Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 776   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub. Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib. Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

22 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel