Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Bu barədə qurumun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib. Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə "dyp.polisazerbaycan" adlı instagram səhifəsinin yaradılmasına göstəriş verib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan" instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb. Hörmətli sosial şəbəkə istifadəçiləri! Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək "dyp.polisazerbaycan" instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 4182 Tarix: 06 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKeçid balları qaldırılır? - VİDEO
Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd
18 aprelQətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla
19 aprelQubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld
18 aprelİsrail İrana zərbə endirdi - VİDEO
İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində
19 aprel"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO
Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula
18 aprelDövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini
18 aprelKəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video
İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi
19 aprel