Alimlər yeniyetmələrdə smartfon asılılığını araşdırdılar — Nəticələr ürəkaçan deyil

Alimlər yeniyetmələrdə smartfon asılılığını araşdırdılar — Nəticələr ürəkaçan deyilYeniyetmələrin dörddə birində smarfondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır. Yeniyetmələr əsəbi olurlar və təşvişə düşürlər. Bundan başqa, bu uşaqlar ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.
"Ölkə.Az" BBC-yə istinadən xəbər verir ki, bu narahatedici qənaəti Londonun "Kings College" Universitetinin tədqiqatçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi ziyan vura bilər.

Ağıllı telefonlardan fasiləsiz istifadə yeniyetmələrdə stress və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.

"BMC Psychiatry" tibb jurnalında dərc edilmiş hesabatda alimlər 42 min yeniyetmənin iştirak etdiyi 41 araşdırmanın göstəricilərini təhlil ediblər.

Məlum olub ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq simptomu var. Onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır.

Risk qrupuna kimlər daxildir?

Smartfonlar 2011-ci ildə kütləvi satışa çıxarılıb və o vaxtdan bəri onlardan istifadə göstəriciləri durmadan artır. "BMC Psychiatry" jurnalı yazır ki, uşaqlar 11 yaşdan etibarən şəxsi smartfona sahib olurlar.

Smartfonlardan kütləvi istifadədən sonra yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb.

Hesabatda qeyd edilib ki, 17-19 yaş aralığındakı qızlar oğlanlarla müqayisədə mobil qurğulardan daha çox asılıdırlar. 17 araşdırmadan 13-ü bu mənzərəni ortaya çıxarıb.

Qızların sosial şəbəkələrdən asılılığı daha çoxdur, gənclər əsasən oyunlara meyil edirlər.

Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.

Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər.

Buna görə də alimlər mobil cihazların sağlamlığa təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsinin qarşısını almaq üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.

"Smartfonlar həyatımızda olmaqda davam edəcək, ona görə də onların hansı problemlərə yol açdığını bilməyimiz lazımdır", - deyə hesabat müəlliflərindən biri Nicola Kalk qeyd edib.

O, həmçinin bildirib ki, asılılığı smartfonların, yoxsa bu qurğulardakı proqramların yaratdığı məlum deyil: "Buna baxmayaraq, cəmiyyət bu qurğuların uşaqlara və yeniyetmələrə mənfi təsirindən xəbərdar olmalı və valideynlər övladlarının smartfonlar qarşısında keçirdikləri zamana nəzarət etməlidirlər".

Ancaq alimlər onu da vurğulayıblar ki, smartfonlardan istifadənin mütləq psixoloji pozuntu ilə nəticələnməsi qənaəti qəti deyil və bunun əksi də mümkündür. Yəni depressiv pozuntu da smartfondan fasiləsiz istifadəyə gətirib çıxara bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1221   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Cənubi Koreya və Ukrayna 2,1 milyard dollarlıq kreditlər üzrə çərçivə sazişi imzalayıb

Koreya Respublikası və Ukraynanın maliyyə nazirləri Çxve San Mok və Sergey Marçenko Vaşinqtonda Kiyevə 2,1 milyard dollarlıq güzəştli uzunmüddətli kreditlərin verilməsi ilə bağlı çərçivə sazişi imzalayıblar. "Report"un məlumatına görə, bu barədə Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliy

21 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel
.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel
.

Kuleba yardımın təsdiqlənməsinə reaksiya verib: ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini "Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü" adlandırıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın baş diplomatı sosia

21 aprel
.

Çində 127 milyondan çox insan daşqın təhlükəsi ilə üz-üzədir

Çinin cənubundakı Quandun əyalətində böyük çayların daşması genişmiqyaslı daşqınlara səbəb ola bilər. "Report"un "The Guardian"a istinadən xəbər verir ki, 127 milyondan çox insan təhlükə altındadır. Sinoptiklər xəbərdarlıq edir ki, Xijiang və Pekin çaylarının səviyyəsi təhlükəli hədd

21 aprel
.

Maşın yoldan çıxdı, tamaşaçılar öldü

Şri-Lankada yarış zamanı avtomobil trasdan çıxaraq tamaşaçıların üzərinə gedib. xəbər verir ki, bu barədə "Newsfirst" məlumat yayıb. Hadisə Diyatalava şəhərində baş verib. Hərbi qarnizonun ərazisindəki adada keçirilən "Fox Hill Super Cross" dairəvi yarışında yeddi nəfər ölüb, 20-də

22 aprel
.

İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları "uşaq oyuncaqları"na bənzədib. "Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlar

21 aprel
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21 aprel