Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRH

Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHDünyada münaqişələrin həll edilmədiyi daha bir il arxada qalır. Dekabrın 5-də Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı sessiyası keçirilib. Təşkilata üzv 57 dövlətin xarici işlər nazirləri təhlükəsizlik sahəsində daha kəskin məsələni müzakirə edib və problemlərlə bağlı fikir mübadiləsi aparıblar. 2019-cu ildə quruma Slovakiya sədrlik etdiyindən toplantı da bu ölkənin paytaxtı Bratislavada baş tutub.

Sessiya çərçivəsində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaşiqənin həlli də müzakirə olunub. Tədbir isə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasının başlamasına təsadüf edirdi. Qeyd edək ki, 1988-ci il dekabrın 3-də Ermənistanın azərbaycanlılar yaşayan kəndlərin əhalisini sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində öz yurdalarını tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur. Bundan başqa, daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 928 ailədə 250 min nəfər olub. Həmçinin 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edib. 1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı yer üzündən silinib. Bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Qədim Urud qəbiristanlığının izini itirmək üçün üzərinə 2 metr hündürlüyündə torpaq verilib, həmin ərazi illər ötdükcə kol-kos sahəsinə çevrilib. Bu, Ermənistandakı azərbaycanlılara vurulan ziyanın çox cüzi hissəsidir.

Beləliklə, faciədən 31 il sonra Bratislavada azərbaycanlıların Qərbi Azərbaycana qayıtması deyil, Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağ və ətraf 7 rayonla bağlı mövcud münaqişənin həlli yolları müzakirə edilib. Tədbirdən əvvəl yenə müxtəlif mövzuda şayiələr yayılmağa başladı. Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdən əvvəl Bakıya səfər etməsi isə bəzi şayiələrin ayaq açıb yeriməsinə şərait yaratdı. Ancaq tədbirdən qabaq Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ölkənin "qırmızı xətti"ni açıqlamışdı. Bildirilmişdi ki, Azərbaycan Respublikası münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla tənzimlənməsinə sadiqdir. Münaqişənin Helsinki yekun aktına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında tənzimlənməsi vurğulanıb. Bundan başqa, Azərbaycan tərəfinin münaqişənin mərhələli həllini dəstəkləməsi də açıqlamada qeyd olunub. İlk addım Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və işğal altında olan Azərbaycanın başqa torpaqlarından çıxması göstərilir. Bundan sonra bütün təhlükəsizlik tədbirləri gözlənilməklə bölgənin azərbaycanlı sakinlərin yurdlarına qayıtması vurğulanıb. Növbəti mərhələdə isə rəsmi Bakı Azərbaycanın tərkibində, Konstitusiya və qanunvericiliyə uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirilməsini nəzərdə tutub. Azərbaycan tərəfi azərbaycanlı və erməni icmalarının təhlükəsiz, dinc, bərabərhüququlu yaşamasına təminat verir.

Bu arada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüşü üç saat yarımdan çox davam edib. Rəsmi məlumatda tərəflərin münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardığı vurğulanıb. Həmsədr ölkələrin nümayəndə heyətinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) birgə bəyanatda əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. Hər halda Bratislava görüşü 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu yüksəksəviyyəli görüş sayılır. Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları təmas xəttində zorakılığın aşağı səviyyəsini nisbətən müsbət qeyd ediblər və iyunda Vaşinqtonda keçirilən məsləhətləşmələr zamanı xarici işlər nazirlərinin razılaşdırdığı kimi eskalasiya riskinin azalması üçün birbaşa əlaqələrdən tam istifadəyə görə tərəflərə təşəkkür ediblər.

Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHYeri gəlmişkən, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov şuranın toplantısındakı çıxışında vurğulanan bəyanat bir çox mətləblərə aydınlıq gətirib: "İşğal həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan memorandumda əksini tapmışdır. Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır".

Əslində, 2018-ci il may çevrilişindən sonra Ermənistanda hakimiyyətə gələn qüvvələr münaqişənin həllini bir az da çətinləşdiriblər. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan danışıqlarda Dağlıq Qarabağdakı erməni icmasının tərəf kimi iştirak etməsini gündəliyə gətirməklə həll prosesinə yeni problem yaratdı. Bundan başqa, onun erməni icmasının üzvlərini Qarabağ sakinləri kimi deyil, "xalq" olaraq təqdim etməsi prosesin sıfırdan da aşağı düşməsinə şərait yaradıb. Elə Azərbaycan XİN başçısı da bu məsələyə diqqət çəkib: "Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri azərbaycanlı icmasının mövcudluğunu inkar edir. Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır. Nöqtə" kimi bəyanatı sülh yolu ilə həlletmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir".
Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHHər halda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan çıxışı da rəsmi Yerevanın münaqişəni həll etməkdən uzaq olduğunun göstəricisi sayıla bilər. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz haqlı mövqeyini bir daha nümayiş etdirməsi və rəsmi Yerevanın iddialı açıqlaması, Ermənistanın işğalçılığından geri durmaması Bratislava görüşünün nəticəsinin əvvəlkilərdən fərqli olmadığını deməyə əsas verir. ATƏT PA-nın prezidenti Georgi Tseretelinin "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha çox nikbin işarə görmək istərdik" deməsi də yuxarıda vurğuladığımız nəticəni təsdiqləyir.

Ümumiyyətlə, 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesini ekspertlərlə dəyərləndirmək, il ərzində sülh danışıqları prosesində hansı mühüm məqamların qeydə alındığı, Ermənistan rəhbərliyinin danışıqlara yanaşmasını təhlil etmək və gələn il danışıqlar prosesinin hansı yöndə davam edəcəyi ilə bağlı proqnozları qeyd etmək lazımdır. Münaqişənin həlli ilə bağlı ən mühüm hadisə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında birbaşa əlaqənin olmasıdır. Qeyd edək ki, cari il onlar arasında 4 görüş olub. Belə təmas Ermənistan tərəfinin hikkə və kininin azalmasına reallığı anlamasına yardım edə bilər. Qarşıdan gələn il münaqişənin həllində elə ciddi dəyişikliklər ATƏT-in Minsk qrupu həmsədrlərinin işğalçıya münasibətindən asılı olacaq. Onlar Dağlıq Qarabağda separatçı rejimin seçkilər keçirməsinə mane ola bilmirsə, habelə separatçılığı dəstəklədiyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədyi üçün rəsmi Yerevan heç bir sanksiyaya məruz qalmır və qalmayacaqsa, münaqişənin həlli baxımından 2020-ci il nikbinliyə əsas vermir. Bundan başqa, Dağlıq Qarabağın erməni icması azərbaycanlı icma ilə təmasdan yayınır. Separatçılar belə görüşləri qəbuledilməz sayırlar. Buna görə isə seçkilər keçirməyə şərait yaratmaqla onları mükafatlandırırlar. Ermənistan işğalçıdır. Bu ölkədə hakimiyyətə demokratik qüvvələrin gəldiyi iddia edilir. Demokratik qüvvə qanunun aliliyinə, o cümlədən beynəlxalq hüquqa hörmət göstərməlidir. Paşinyan ailəsi və komandası ilə birlikdə bu prinsiplərə əməl etmir. Əksinə, hakimiyyətdə yerini möhkəmləndirdikcə avtoritarlaşır, Ermənistan ordusu tərkibində oğlunu Dağlıq Qarabağa xidmətə göndərməklə işğalçı niyyətindən əl çəkmir.

Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHHələ bu, azmış kimi, Paşinyanın həyat yoldaşı Anna Akopyan özünü siyasətçi kimi aparmağa səy göstərir. Hakimiyyətdə təmsil olunmayan, buna görə heç bir məsuliyyət daşımayan Anna xanımın Azərbaycan torpaqları ilə bağlı iddialı çıxışı Ermənistanla danışığının mənasının göstəricisi də sayıla bilər. Onun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət etməsi ən yaxşı halda həyasızlıqdır. Annanın Ermənistanın işğalçı siyasəti ucbatından erməni gənclərin Qarabağda intihar etməsi, bir-birini öldürməsinə məhəl qoymaması, etnik mənsubiyyətinə görə öldürülməsinin ört-basdır olunması Paşinyan-Akopyan cütlüyünün tərbiyəsindən irəli gəlir. Onun belə məsuliyyətsiz çıxış etməsini təbii də saymaq olar. Çünki həyat yoldaşının baş nazirlik etdiyi Ermənistan da onlara məxsus deyil. Bu torpaqların onlara verilməsinə Yerevanın işğalına görə medal almış, heykəli Yerevanda təhqir edilən Aleksandr Qriboyedov nail olub. Onu belə danışdıran da indki qriboyedovlarıdır.

Nəhayət, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidentdir. O, rəsmi dövlət adamıdır. Dedikləri sözlərə görə məsuliyyət daşıyır. Onun bəyanatı həm də Azərbaycanın mövqeyi sayılır. Mehriban Əliyevanın Qarabağda muğam dinlmək istəyi ilə bağlı bəyanatı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı dəyişməz xəttidir. Bunu isə dost da, düşmən də yaxşı bilir. Bütövlükdə Azərbaycanın mövqeyini isə Birinci vitse-prezident ifadə edib.

Beləliklə, Bratislava Azərbaycanla Ermənistan arasında yaxınlaşma yarada bilmədi. "Brat i slava"lığın (hərfi tərcümə: "Qardaş və eşq olsun!") yaranması Albaniyaya ötürüldü.

Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRHBratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRH


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1534   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart