Nəyə görə qışda daha çox xəstələnirik?
"Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın".
Sonxeber.az medicina.az-a istinadən bildirir ki, bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib.
Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır: "Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz".
Kardioloq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb: "20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günəş şüalarını az qəbul etmək, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmək bu sıradandır. İllərdir bizə bu qidalar xəstəlik, infarkt səbəbi olduğu deyilirdi.
Ona görə də insanların çoxunda D vitamini əskikliyi var. Bu problemi aradan qaldırmaq üçün təbii qidalar qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə əlavə qatqı maddəsini vurmayın. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol sirkə istifadə edilməlidir. Bunlar hamısı sizin üçün lazım olan təbii probiotiklərdir (insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər").
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 1066 Tarix: 08 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKoronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır
8 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
12 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini
14 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021