Nazilənin Xoşqədəm haqqında iddiasına BDU-dan CAVAB — VİDEO

Nazilənin Xoşqədəm haqqında iddiasına BDU-dan CAVAB — VİDEOAzərbaycanlı məşhur şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə Prezident İlham Əliyeva müraciət edib.
"Ölkə.Az" xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə paylaşım edib.

O, aparıcı X.Hidayətqızının oğlunu izlətdiyini və onun təhlükəsizliyindən narahat olduğunu bildirib: "Ölkəmizin prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlara qarşı qayğılarını nəzərə alsaq və islahatları gözümüzün önündə canlandırsaq görərik ki, həqiqətən də xalqın yanındadırlar.

Mən bir şairə, xalqın qızı, vətəndaşı olaraq sizə müraciət edirəm. Bildiyiniz kimi məni Xoşqədəm Hidayətqızı artıq 2 ildən çoxdur ki, rahat buraxmır. Səbəbini bilməsəm də bu insanın məndə öcü (qısas almaq istəyir – red.) var. Amma hal-hazırda Xoşqədəm, sən tamamilə ağ elədin! Sən yolunu o qədər azdın ki, artıq buna ad vermək olmur! Buna görə də mən məcbur olub övladlarımın təhlükəsizliyi və həyatı üçün Cənab Prezidentə müraciət edim".

Şairə bu barədə oğlunun zəng edib məlumat verdiyini bildirdi: "Bir az bundan öncə oğlum mənə zəng edib dedi ki, Xoşqədəm Hidayətqızı mənim haqqımda məlumatlar toplatdırır. Kiməm? Nəçiyəm? Saat neçədə dərsə gəlirəm? Oxuya-oxuya necə işləyə bilirəm? Hansı avtomobili sürürəm?
Oğlum, BDU-da oxuyur və onu orada hamı tanıyır. Xoşqədəm sənin problemin mənimlədirsə, cəsartin yoxdurmu qarşıma çıxmağa? Heç bir söhbətin həll olunmasında ailə və uşaqlar qarışmır. Mən hələ ölməmişəm ki, mənim uşaqlarımın həyatını sən həll edəsən. Qarşıma çıxa bilmirsənsə, artıq uşağımın həyati təhlükəsini üstələdin. Əvvəl mən inanmadım, dedim Xoşqədəm bunu necə edə bilər. Amma mənə dekanlıqdan dedilər ki, belə bir məlumat var və biz uşağı xəbərdar etmişik ki, ehtiyatlı olsun.

Xoşqədəm sən bu ölkənin islahatlarına daxil olmalısan. Başqa seçim yoxdur. Kiminsə uşağını izlətmək nə deməkdir? Bu nə çirkli oyundur, oynayırsan? Sənin övladın yoxdur ki, camaatın övladını izlətdirirsən? Hörmətli Prezident, sizdən son dərəcə xahiş edirəm Xoşqədəm Hidayətqızının mənim övladlarımı izlətməsi məsələsinə birbaşa nəzarət edəsiniz. Mənim övladlarım bu ölkənin vətəndaşlarıdır. Hər ikisi ali təhsil almağa çalışır və onların həyatı təhlükədədir. Bunun əlimdə sübutu da var".

Məsələ ilə bağlı "Ölkə.Az"ın əməkdaşı Nazilə Səfərlinin oğlunun təhsil aldığı Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyevin fikirlərini öyrənib. Dekan bildirib ki, belə bir şey olmayıb və o, bu barədə heç kimə heç bir söz deməyib: "İki qadın arasında baş verən məsələyə universiteti niyəq qatırsınız?! Mən bir qədər əvvəl Nazilə xanımla danışdım, mənə deyir ki, sən kimsən?! Dedim, a bala, gedin işinizlə məşğul olun. Mən onların ikisini də tanımıram. Tələbə də yaxşı tələbədir, tanıyıram. Mənə deyir ki, Bakı Dövlət Universitetini məhkəməyə verəcəyəm, məni gülmək tutdu. Mən, müavinlərimlə də müzakirə etdim məsələni, onlar da xəbərsiz olduqlarını bildirdilər. Gələn həftənin bazar ertəsi günü tələbə ilə görüşüb, ondan məsələni izah etməsini istəyəcəm. Danışaq görək, onu kim izləyir, onların dediyi sözləri kim deyib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7882   Tarix: 07 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22 aprel