Evi olan Əməkdar artist mərkəzdə mənzil tələb edir - "UZAQDIR..."

Evi olan Əməkdar artist mərkəzdə mənzil tələb edir - "UZAQDIR...""Çox istəyərdim ki, dövlət vəsaiti ilə çəkilən filmlərimiz çox olsun. Xüsusilə də, Cəfər Cabbarlı adına Kinostudiyanın ərsəyə gətirəcəyi ekran işləri çoxluq təşkil etsin. Peşəkar filmlərdə rol almaq istərdim".

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Nahidə Orucova deyib. O, bildirib ki, hələlik heç bir filmdə rol almayıb: "İmicimi dəyişdirdiyimə görə, təkliflər azalıb. Deyirlər ki, müsəlman qadın obrazlarına uyğun gəlmirəm. Mən də dedim ki, Şərq qadınına uyğun gəlmirəmsə, fransız qadını roluna çəkin. Yetər ki, olsun. Başa düşmürlər ki, mən bu əməliyyatı sağlamlığım üçün etdirmişəm".

Əməkdar artist köhnə görünüşünü heç sevmədiyini də vurğulayıb: "Özüm-özümə deyirəm ki, kaş bu əməliyyatı vaxtında etdirərdim. Sadəcə, səhhətimdəki bəzi problemlərə görə əməliyyatım gecikdi. Əməliyyatımdan sonra özümü çox yüngül hiss edirəm. Necə deyərlər, həyat varmış..."

"Mənim üçün ikinci bahar başladı" deyən N. Orucova aşıq olmaq istəyir: "Aşıq olmaq istəyirəm. Çünki çox gözəl duyğudur. Əslinə baxsam, mən həmişə aşıqəm. Aktrisa sevilirsə, deməli o yaşayır, həyat davam edir. Mən də tamaşaçılarım tərəfindən həmişə sevilmişəm. Gözümün ağı- qarası olan bircə qızımı sevirəm. Səhnəmi, sənətimi çox sevirəm. Səhnəsiz özümü bir saniyə belə təsəvvür edə bilmirəm. Ona görə də xoşbəxtəm".

Tanınmış aktrisa bu yaxınlarda Xalq artisti Fidan Qasımova ilə baş tutacaq qohumluqdan söz açıb: "Bu məsələdə bizlik heç nə yoxdur. Uşaqlar bir-birini sevdilər. Onların tanışlığı təsadüfən toyda oldu. Həm də ki, oğlanın bacısı ilə mənim qızım uşaqlıqdan rəfiqədirlər. Fidan və Xuraman bacıları ilə yaxından tanış deyildim. Ancaq sənətlərinə bələd idim. Onlara hər zaman hörmət edirdim. Çox xoşbəxtəm ki, o cür ailəylə qohum oluram. Çünki hər iki ailədə sənət adamları var. İndidən kürəkənimi çox istəyirəm. O, mənim ikinci övladım, oğlumdur. Hər kəsə o cür kürəkən arzu edirəm. Tərbiyəsi, davranışı, xasiyyəti, hər şeyi öz yerindədir. Qızım tək olduğuna görə bir az ərköyündür. Amma bir-birlərini tamamlayırlar. Toy yəqin ki, yeni ildən sonra olacaq. Baxmayaraq ki, qızımın 30 yaşı var, amma hələ ki, toyun tarixi müəyyən etmək üçün tələsmirik".

Əməkdar artist şəhərin mərkəzində ev arzusundadır: "Əhmədlidə yaşayıram. Nə olsun ki, evim var? Amma uzaqdır, vaxtım tıxaclara gedir. Nəticədə məşqlərə əsəbi halda qatılıram. Düzdür, bizim teatrda kirayədə yaşayan aktyorlar çoxdur. Amma mənim də ehtiyacım var. Niyə də mən ev almayım?! Mən hər gün o əsəblə səmərəli tamaşa ortaya çıxara bilərəmmi, sizcə? Fikrimcə, aktyorların hamısının evi şəhərdə olmalıdır. Aktyorluq peşəsi çox çətindir. Həyatımız çox əyləncəli görünsə də, elə deyil, əsl əzab, əziyyətdir".

Aktrisa müğənnilərin aktyorluq etməsinə də münasibət bildirib: "Niyə də olmasınlar? Müğənni mahnı oxuyanda elə obraza girir. Rola girmək isə aktyorun işidir. O, obraz yaratmasa tamaşaçı ona inanmaz. Sözsüz ki, hər müğənnidən də aktyor olmur. Amma peşəkarlıq tədricən gəlir. Əgər, daxildə istedad varsa, olsun amma peşəkarcasına".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2930   Tarix: 08 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Küçələrdə gecələyən qadın Xalq artistinin nəvəsidir? - VİDEO

İki ildir küçələrdə gecələyən Bakı sakini Dürnisə Abdullayeva mərhum Xalq artistinin nəvəsi olduğunu iddia edir. olay-a istinadən xəbər verir ki, D. Abdullayeva 14 yaşında ailəsi tərəfindən məcbur evləndirildiyini deyib:. "Ailəm məni məcbur evləndirdi. Məni bədbəxt bir insan etdilər. Toy gecəs

13 aprel
.

Xalq artistinin oğlu atasının evini satıb: "Orada yaşaya bilmədik"

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün du

7 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14 aprel
.

Azərbaycanın səslərini Aysel açıqlayacaq

"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub. "12 points go to. Mayın 11-i İctimai Televiziyanı

17 aprel
.

Bred Colinin ittihamlarına cavab verdi

Hollivud ulduzları Bred Pittlə Ancelina Coli arasındakı qalmaqal bitmək bilmir. Axşam.az xəbər verir ki, boşanmalarından 8 il keçən aktyorlar illərdir məhkəmələrdə qalıb. Bu dəfə isə Coli illərlə Bred tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. Bred vəkilləri vasitəsilə Ancelinanın ona qarşı yeni ittihamların

8 aprel
.

"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdı

Şair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:. "Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimi

13 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

"Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar"

"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə

13 aprel