Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTO

Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTOAzərbaycanda iki azyaşlı uşaq valideynləri tərəfindən işgəncələrə məruz qalıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı jurnalist Elgün Gəncimsoy sosial şəbəkədə paylaşıb.

Azyaşlı Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə olan vaxt vəfat edib.

Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Daha sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.

Qulu bildirib ki, atasıyla Nuranə yemək yeyəndə qardaşı Hüseynlə onu üzü divarda tək ayaqüstə saxlayıblar:

"Bir dəfə onlar kabab yeyirdilər, Hüseyn dedi ki, mən də kabab istəyirəm, Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu".

Hüseyn isə bildirib ki, axşam atası evə gec gəlirmiş:

"O, dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Hüseynin üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü".

Qulunun sözlərinə görə, Nuranənin qardaşını ayağından asdığını atasına deyib:

"Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də boru ilə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qaldıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o, mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da suluxlamış əlimi iynələdi".

"Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O, bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyoq su səpib çölə çıxardı. Qapını da bağladı", - deyə Hüseyn əlavə edib.

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutub. Baş verənlərə dəfələrlə şahidlik edib, şəkil çəkib, hüquq mühafizə orqanlarına müraciət edib.

Amma cavab ürəkaçan olmayıb: "Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət etdi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O dünyasını dəyişdi... Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin. Amma xeyiri olmadı. O, qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncə ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar. Dağ çəkiblər. Belində siqaret söndürüblər. Barmağın qaynar suya salıblar".

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadılar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib
Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTOBakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTOBakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTOBakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTOBakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3209   Tarix: 08 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel