"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏ

Sonxeber.az-ın 74 ölkə, 139 şəhərə səyahət edən bloger Vüqar Quliyev ilə maraqlı müsahibəsi.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏTanınmış səyahətçi-fotoqraf .Bəs siz özünüzü necə təqdim edərdiniz?

Yox deməzdim ki, tanınmış səyahətçiyəm. Mən səyahətçi-blogerəm. 74 ölkə, 139 şəhərə səyahət etmişəm. Təbii ki, əvvəlcədən bloger olmaq haqda düşünməmişdim. Lakin səyahətlər etdikcə qarşıma çox maraqlı məkanlar çıxırdı. Fotolarını paylaşanda izləyicilərin marağını diqqətə alıb həmin məkanlar haqqında məlumatlar da yazdım. Və sonra düşündüm ki, bloger olmaq heç də pis olmaz.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏFotoqraflıq sizin üçün peşədir yoxsa hobbi?

Əlbəttə hobbi. Çünki, mən fotoları əvvəllər sadəcə telefon vaistəsi ilə çəkirdim. Daha sonra bloger olduqdan sonra peşəkar fotoaparat aldım. İndi onunla həm fotolar, həm də qısa videolar çəkirəm. Səyahət etmək arzusunda olanlar üçün məlumatlandırıcı videolar çəkirəm və sosial hesablarımda paylaşıram.

İlk aldığınız fotoaparatla çəkdiyiniz ilk şəkli xatırlayırsınızmı?

İlk səyahət etdiyim ölkə Misir olub. Orada maraqlı fotolar çəkmişdim, amma telefonla. Peşəkar fotoaparatı təzə almışam. Bloger olduqdan sonra.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏTəsadüfi çəkilən fotolar daha maraqlı alınır. Siz necə düşünürsünüz?

Əgər söhbət insanların fotosundan gedirsə, bəli, təsadüfi çəkiləni daha maraqlı olur. Lakin təbiət fotoları üçün eyni sözü deyə bilmərəm. Çünki mənzərə şəkilləri üçün gərək lazım olan anı gözləyəsən. Məsələn, günəşin batmasını.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏÖzünüz bəs çəkdiyiniz hansı fotonu daha çox bəyənirsiniz?

Nepalda çəkdiyim fotoya baxmaqdan doymuram. Gözləri mavi..yanaqları şaxtadan qıpqırmızı...birdə utancaq gülüşü olan o balaca uşaq. Xoş aura bağışladı mənə. Foto da təsadüfidir.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏSəyahət etmək arzusu necə yarandı və səyahətləriniz necə baş tutur?

Səyahətlərimin baş tutması birbaşa işimlə əlaqədar olub. Necə deyərlər "həm ziyarət, həm ticarət". Ezamiyətə gedəndə əlavə bir neçə gün də götürüb getdiyim ölkənin görməli yerlərini gəzirdim. İndi də il ərzində 15 ölkə gəzirəmsə, bunların demək olar ki, yarısı elə işimlə əlaqədar getdiyim ölkələrdir.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏSəyahətdə çəkdiyiniz fotolar getdiyiniz məkanlar barədə bizə geniş məlumat verir, olduğunuz ölkələr haqqında bizdə də təsürrat yaranmasına kömək edir...

Mən səyahətlər etməyə başlayanda sosial şəbəkələrdə araşdırma apardım. Baxdım ki, insanlar daha çox nə ilə maraqlanır? Onların diqqətini nələr çəkir? Daha sonra elə öz sosial şəbəkə hesablarımda və Youtube kanalımda getdiyim ölkələr haqqında geniş məlumatlar paylaşmağa qərar verdim. Məsələn, bir ölkəyə səyahət üçün bizə nə qədər pul lazımdır? Həmin ölkəyə səyahət edərkən özümün istifadə etdiyi ən ucuz otel, yemək və nəqliyyat vaistələri barədə məlumatlar yazdım. Düzdü səyahət edə barədə məlumat demək olar ki, yoxdur. Mən Youtube kanalımı açarkən bütün bunları nəzərə aldım. Orada səyahətə çıxan insanı maraqlandıran bütün suallara cavab olacaq: viza almaqdan başlayaraq, təyyarəyə alacağımız ən ucuz biletə qədər. Çünki səyahət edəcək insanları əsas maraqlandıran mövzular- səyahət edəcəyim ölkənin gəzib-görməli məkanları hansılardır, həmin məkanlara ən rahat hansı üsulla getmək olar və nə qədər pul lazımdır. Elə səyahət edəcək insanlara da bunu deyərdim ki, getməzdən iki ay əvvəl hazırlığa başlasınlar. Gedəcəkləri ölkənin hər bir məsələsini araşdırsınlar. Biletləri nə qədər tez alsalar, bir o qədər ucuz olacaq.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏXarici ölkələrə gedən insanların çoxu yeməklərlə bağlı problem yaşayır. Siz necə?

Əslində, mənim üçün yemək heç vaxt problem olmayıb. Ən çətin vəziyyətdə marketlərə üz tutub şirniyyat alıram və yeyirəm. Bəzi ölkələrin yeməkləri ağız dadıma uyğun olmur. Belə deyim, mənim üçün Azərbaycan mətbəxinin yeməklərindən başqa heç bir yemək dadlı deyil. Çünki adətən başqa ölkələrdə yeməklərə ədviyyat daha çox qatırlar. Bunu heç sevmirəm. Məsələn, Yaponiyada olarkən bir ailənin qonağı oldum. Orada Yaponiya haqqında çox şey öyrəndim. Eyni zamanda suşinin hazırlanma qaydasını da öyrəndim. Hazırlanması çox maraqlı, asandır. Dadına da söz ola bilməz.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏGedib fotolar çəkmək istədiyiniz, lakin gedə bilmədiyiniz elə bir yer var?

Hə, əlbəttə, var. Yeni Zellandiya mənim üçün ən maraqlı ölkələrdən biridir. Və orada olmağı çox istəyirəm. Planıma görə yeni Zellandiyaya səyahətim gələn il baş tutacaq.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏSəyahət etdiyiniz ölkələrdə başınıza gələn hansı hadisə sizin üçün unudulmaz olub?

Əslində belə hadisələr çox olur. Demək olar üz tutduğum bütün ölkələrdə yaddaqalan maraqlı hadisələr baş verib. Gülməli məzəli hallar tez-tez baş verib. Lakin bir hadisə var ki, o hər zaman yaddaşımda silinməz olaraq qalır. Bu Luksemburqda rastlaşdığım dilənçi ilə bağlı xatirədir. Burada qaldığım hotelin yaxınlığındakı binanın yanında oturan dilənçini hər gün görürdüm. 3 gün müddətində yanından keçəndə müşahidə etdim ki, bütün gün kitab oxuyur. Həyatımda ilk dəfə idi ki, gecə-gündüz kitab oxuyan dilənçi görürdüm. Çox maraqlı gəlmişdi. Yaxınlaşıb söhbət etmək qərarına gəldim. Yaxnlaşıb özümü təqdim etdim. Azərbaycanlı olduğumu bildirdim. "aaa Baku" deyə reaksiya verdi. Yəni ölkəmizi tanıdı və bu çox xoş oldu. Adı Andre, əslən fransız idi. Adam Fransada memarlıq oxuyub. 12 il memar ishləyib və 5 dil bilir: fransız, ingilis, alman, ispan və italyan. Demek olar ki, bütün dünya ədəbiyyatını da bilir. Bir xeyli söhbət etdik. Və sonda məni maraqlandıran o sualı verdim. Kaş ki, verməsəydim. Dedim "niyə belə həyat tərzi sürürsünüz? Axı istədiyiniz yerdə iş tapa bilərsiniz. O, isə cavabında dediki, "bilirəm, amma lazım deyil. O qabı görürsən? Ora gündəlik olaraq bütün ehtiyaclarımı qarşılayacaq qədər pul yığılır. Daha artığını istəmirəm". Səbəbini soruşdum. Dedi ki, "uğruna yaşadığım hərşeyi itirdim. Çox sevdiyim həyat yoldaşım və 2 uşağım var idi. Evdə baş verən yanğın ilə hamısını itirdim".
Görünüşündən elə özünün də yandığı bəlli olurdu. Daha sonra bu qədər çox kitab oxumasının səbəbini izah etdi: "Mən bu kitablardakı həyatlarda itib-batıram. Oxuduqca xoşbəxt oluram". Bu tanışlıq məni mütəəsir etmişdi. Amma çox şey öyrəndim Andredən.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏPaylaşımlarınızda daha çox diqqətimi uşaqlar çəkir. Həmin uşaqlarla aranızda olan ən maraqlı dialoq.

Xüsusi bir dialoq olmur. Sonuncu səyahət etdiyim ölkə Filippin oldu. Bu bölgə insanları çox kasıbdır. Sanki keçmişdə qalıblar. Bizim və bir çox ölkələrin insanlarından fərqli olaraq onlar texnologiyadan çox uzaqdırlar. Məsələn, yaşlı nəsil telefon nədir və ondan nə üçün istifadə olduğunu bilmir. Buna görə də oranın insanlarını, xüsusən də uşaqlarını xoşbəxt etmək çox asandır. Bir fotosunu çəkmək onların gülümsəməsinə səbəb olur.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏQarşıdan yeni il gəlir. Bayram fotosu düşünmüsünüzmü? Hansı ki, fərqli bir şey olacaq...

İlin sonunda Laplandiyaya səyahət edəcəm. O, ölkə başdan-başa yeni il abu-havasındadır. Çəkəcəyim bütün fotoların da maraqlı alınacağını düşünürəm. Orada Santa Klaus, marallarla şəkil çəkdirəcəm. Bir də oranın məşhur "Ays" restoranı var ki, bütünlüklə buzdan ibarətdir. Düşünürəm ki, orada çəkiləcək foto çox maraqlı olar.

"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏ"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏ"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏ"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏ"Küçədə gördüyüm dilənçi gecə-gündüz kitab oxuyurdu"-Məşhur səyyahla MÜSAHİBƏLamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3777   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral