"Ermənistanın təxribatları Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir"-RƏY

"Ermənistanın təxribatları Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir"-RƏYSon zamanlar diplomatik cəbhədə uduzan Paşinyan hakimiyyətinin əlində yeganə vasitə Azərbaycanı aqressiv müharibə tərəfdarı kimi göstərmək, eyni zamanda Bakını hərbi əməliyyatlara cəlb etməklə beynəlxalq səviyyədə İrəvana dəstək qazandırmaqdır. Siyası şərhçilər qeyd edir ki, Paşinyanın son aylarda açıq-aşkar provokativ, müharibəyə səbəb ola biləcək açıqlamalarının alt məqsədi budur. İndi isə Paşinyan hakimiyyəti Azərbaycanın seçkilərə getdiyi bir vaxtda müharibə ehtimalının azaldığını düşündüyü üçün provokativ cəhdlərini daha da gücləndirir.

Bildirilir ki, Xarici işlər naziri Elmar Məmmədyarov Nazirlər Şurasının son toplantısından öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirlərin razılaşdırılıb, həyata keçirdiklərini deyib. Ancaq nazir bildirib ki, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz: "Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər". Sonuncu Bratislava görüşü haqda məlumatlardan da belə məlum olur ki, Ermənistan hakimiyyəti qəsdən prosesləri pozmağa, danışıqların konkret mövzu üzərində aparılmasını istəmir və bütün cəhdlərini də buna yönəldib. Paşinyan hökumətinin hətta ən amansız müharibədə tətbiq olunan girovların dəyişdirilməsindən imtina etməsi qeyri-humanizmdən daha çox gərginliyi artırmaq, Azərbaycanı sülh prosesindən imtina etməyə vadar etmək və bununla da Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanın müstəqil dövlət təsiri bağışlamaması Ermənistanın baş nazirinin Lavrovun İrəvana olan iki rəsmi səfərindən sonra verdiyi açıqlamalar bir daha görünür:
"Ermənistanın siyasətinə xarici faktorlar, o cümlədən, daxili siyasi, iqtisadi- sosial reallıqları kifayət qədər ciddi təsir göstərir. Xarici faktorlar dedikdə ilk növbədə Ermənistanın Rusiyadan asılılığını nəzərdə tutmaq olar. Paşinyanın komadası məşhur filantrop və milyarder Sorosun maliyyə dəstəyi nəticəsində hakimiyyətə gəlmiş bir iqtidardır. Ermənistan Rusiyadan həm iqtisadi, həm siyasi, həm enerji faktorları baxımından asılı bir tərəfdir. Bunun nəzərə alsaq, təbiidir ki, Ermənistanın Rusiya ilə razılaşdırılmadan hansısa addım atacağını demək olmaz. Bu, Paşinyan iqtidarına baha başa gələ bilər".

Elşən Manafov həmçinin Ermənistan tərəfinin təxribat aparmasının Azərbaycanda keçirilən seçkilərə mənfi tərsir etməyəcəyini də açıqlayıb. O müxalif qüvvvələrin seçki kompaniyasında düşmən tərəfə işlədiklərini və nəticəsiz qalacağını vurğulayıb:
"Düşünürəm ki, bu addımın Azərbaycanda keçiriləcək seçkilərə heç bir ciddi təsiri ola bilməz. Bu beynəlxalq birlik, Avropa İnstitutları tərəfindən Azərbayacana bununla bağlı müəyyən sanksyalar tətbiqinə və sonda Azərbaycanda keçirilmiş bələdiyyə və parlament seçkilərinin kimliyinin ATƏT- in ən azı İnsan hüquqları bürosu tərəfindən şübhə altına salınmasına hesablanıb. ATƏT-ə gəldikdə isə dəfələrlə Azərbaycan haqqında qeyri- obyektiv mövqe səgiləməsinə şahid olmuşuq. Azərbaycanın seçkilərlə bağlı legitimliyinə şübhə keçirməyə səy göstərmək çox təəssüf ki, Azərbaycanın yalnız daxilində olan qüvvələr tərəfindən ola bilər. Müxalifətin mövqeyini nəzərdə tuturam. Seçki komissiyaların yenidən formalaşdırılması və seçkilərin legitimıiyinə təsir göstərə biləcək faktorlar sırasında azacıq da olsa müxalifətin rolu vardır. Onların mövqeyi düşmən tərəfinin dəyirmanına su tökmək kimi dəyərləndirilir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1431   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel