"Xalqının xeyirinə çalışan insanın arxasınca söyüş söyən müxalifət hansı həqiqətdən danışa bilər?"- Deputat

"Xalqının xeyirinə çalışan insanın arxasınca söyüş söyən müxalifət hansı həqiqətdən danışa bilər?"- DeputatXəbər verdiyimiz ki, fevralın 9-da ölkədə seçkilər keçiriləcək. Normalda siyasi qüvvələr artıq seçkilərə hazırlaşmalı idi. Lakin görünən odur ki, müxalifətin radikal qanadı boykot çağırışlarıan başlayıb. Xalqı seçkilərə deyil, kütləvi etirazlara, yüzminlik aksiyalara çağırır. Əslində seçki kampaniyası bütün siyasi qüvvələr üçün xalqla geniş təmas, ideya və planlarını xalqa təqdim etmək üçün ən ideal fürsət olduğu üçün normalda müxalifət qüvvələri seçkilərə gedir, çünki istənilən halda seçkidə iştirak boykotdan daha effektivdir. Lakin görünən odur ki, ənənəvi radikal müxalifət cəmiyyətə yeni heç nə vəd eləmir. Son aylarda ölkə siyasətindəki dinamikanın fonunda Milli Şura və ya digər müxalif təşkilatlar yalnız aksiya keçirmək təşəbbüsü ilə gündəmə gəlib və bu zaman heç bir yeni, hazırkı şərtlərlə ayaqlaşan şüarlar təklif edə bilməyib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə fikrinə bir neçə gün öncə deputat Yevda Abramovun vəfat etməsi ilə başladı:"Bilirsiniz ki, Yevda Abramov sadə müəllim idi. Heç kimi deyə bilməz ki, onun çoxlu var-dövləti var. Yevda Abramov Allahın rəhmətinə qovuşub. Bu insan 15 il Milli Məclisdə qanunların qəbul edilməsində fəal iştirak edib. Sapı özümüzdən olan müxalifət bu insanın dalınca nələr yazmadı. Hansı söyüşləri ?! Əgər bir müxalifət öz xalqının xeyirinə çalışan insanın arxasınca bu qədər söyüşlər söyürsə, hansı həqiqətdən danışa bilər? Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, bununla bağlı Konistitutsiya Məhkəməsi qərar qəbul etdi. Bundan sonra Milli Məclis buraxıldı. Müxalifət həmişə olduğu kimi Milli Məclisin seçkilərinin fevralın 9-na salınması ilə bağlı əsasız iddialar irəli sürürlər. Onlar iddia edir ki, ilin əvvəlində havaların soyuq və insanların iş fəaliyyətinin aşağı olduğu vaxtdan hökumət istifadə edib seçkilərə gedir. Müxalifətin deməyindən elə çıxır ki, Azərbaycan xalqı alkoqoliqdir və insanlarımız ilin iki ayı avaralıqla məşğuldur. Belə bir iddia ilə çıxış etməyin özü belə yalnışdır. Çünki bu açıq-aşkar xalqı təhqir etməkdir. Bunun müəllimi, tələbəsi, mühəndisi, və digər sahələrdə çalışan elm adamları var. İki gün bayramdır. Bayram bitdikdən sonra hər kəs öz işində, gücündə olur. Onların hər şeydə bir bəhanə axtarması artıq adiləşib. Onların məqsədi ölkəmizin uğurlarına kölgə salıb, mövcud sabitliyi pozmaqdır. Çünki müxalifət yaxşı anlayır ki, artıq xalqımızı yalanlarla aldada bilməyəcəklər. Çünki xalqımız onların məqsədlərini yaxşı bilir. Bu gün insanlarımız cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətçiliyimiz üçün çalışırlar. Düşünürəm ki, iqtidar və xalq arasında bu cür güclü bağ və inam olduğu müddətdə yalnız öz xeyirini güdüb, 5-10 manata dövlətini, xalqını satmağa hazır olan o şəxslər öz çirkin əməllərini həyata keçirə bilməyəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3396   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart