"Əgər sığorta yoxdursa, ilk növbədə sahibkar, sonra isə nazirlik məsuliyyət daşıyır"-Ekspert RƏYİ

"Əgər sığorta yoxdursa, ilk növbədə sahibkar, sonra isə nazirlik məsuliyyət daşıyır"-Ekspert RƏYİXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın hadisəsi baş verib. Yanğın nəticəsində bir çox sahibkarlar zərər çəkib. Belə ki, satdıqları məhsulların yanması ilə onlara ciddi şəkildə maddi ziyan dəyib. Digər yanğınlardan da göründüyü kimi bu dəfə də sahibkarlar sığorta məsələsinə laqeyid yanaşıblar.

Məsələ ilə bağlı Sonxeber.az -a sığorta eksperti Xəyal Məmmədxanlı danışıb. O, bildirib ki, Azərbaycanda təbii ki, daşınmaz əmlakın sığortası məcburidir, istər hüquqi, istərsə də , fiziki şəxslər üçün fərqi yoxdur. Amma yanğın daşınmaz əmlakının özünü əhatə edir: binanın konstruksiyaları, daşıyıcı divarları, qapı-pəncərələrini və sairə. Onun içərisindəki əmlak, yəni daşınmaz mal-materiallar icbari sığortanın predmeti deyil. Yəni onlar icbari sığorta ilə sığortalanmırlar. Buna görə də vətəndaşların, mağaza işlədən sahibkarların özləri könüllü qaydada sığortalaya bilərlər. Sözügedən yerdə daşınmaz əmlakın sığortasının olub-olmaması ilə bağlı məlumatım yoxdur. Əgər sığorta olubsa da, ümid edirəm ki, həmin əmlak tam real bazar dəyərinə sığortalanıb. Bizim araşdırmalarımız və müşahidələrimiz onu göstərir ki, Azərbaycanda hüquqi şəxslərə məxsus olan və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus olan obyektlər, mağazalar öz real bazar dəyərlərindən qat-qat aşağı qiymətə sığortalanırlar. Tutaq ki, bunun qiyməti 20 milyon manatdırsa, bunun üçün vətəndaş tutaq ki, 40 min manat sığorta haqqı ödəməlidirsə, sığorta şirkətinə deyir ki, mənim bunun üçün 40 min ödəməyə imkanım yoxdur, mən bunun üçün 4 min manat ödəyəcəm sən də buna görə mənə sığorta et. Bununla da təbii ki, işə tərsinə yanaşırlar 20 milyonluq obyekt də, 4 min manat müqabilində 2 milyona manata sığortalanır. Dolayısı ilə sabah hər hansı bir hadisə baş verəndə iş adamı və yaxud sahibkar sığortadan çox güclü ödəniş ala bilmir. Gələk işin ikinci tərəfinə, ən yaxşı halda düşünürəm ki, "EuroHome"-un heç olmasa özünün daşınmaz əmlakının sığortası var. Əgər bu sığorta varsa, müqaviləyə baxmaq lazımdır və sığorta məbləği nədirsə, həmin o, sığorta məbləği hüdudunda ödəniş həyata keçirilməlidir. Oradakı sahibkarların, mağaza sahiblərinin, ticarətçilərin əmlakından söhbət gedirsə, bunların sığortalanması mövcud şəraitdə qeyri-mümkün görünür. Düzdür, tam rəyim bu deyil, ola bilsin ki, orada hər şey qanuni və rəsmi səndlərlə işləyir. Amma bundan əvvəl də müxtəlif ticarət mərkəzi və bazarlarda baş verən yanğınların araşdırması icarədarlara məxsus olan mal-material, əmlak, əmtəə, hər nə varsa, onların heç birinin rəsmi qeydiyyatı və rəsmi hesabatnın olmadığı üzə çıxdı.
Əksər hallarda mədaxillər kassaya vurulmur və yaxud giriş-çıxış qaimələri olmur. Bu da sığorta üçün çox ciddi problemlər yaradır. Çünki bunun sığortalanması üçün sığorta şirkəti bununla bağlı onlardan qeydləri istəyəcək. Yəni bu da söz ilə olunan bir şey deyil. Sahibkar hansı dəyərdə və nə qədər mal gətirməsi, Azərbaycanda müəyyən qiymətə ona başa gəlməsi ilə bağlı sənədlər ortaya qoymalıdır. Sahibkarların əksəriyyəti nə Sədərəkdə, nə Binədə belə rəsmi sənədlər təqdim edə bilmirlər. Təqdim edə bilmədikləri üçün də, sığorta şirkətindən sığortalanmağı istəsələr də, həmin o əmlakı, mal-materialları sığortalıya bilmirlər. Söhbət daşınar əmlakdan gedir. Amma binanın özünün texniki sənədi, çıxarışı varsa və sair varsa onun üçün heç bir problem və maneə yoxdur. Amma dediyim kimi, o yalnız binanın özünə şamil edilir. Onun içərisindəki əmlaka, mal-materiala şamil edilmir.

Əgər oranın sığortası olmalı halda yoxdursa,olmayıbsa, təbii ki, buna görə də ilk məsuliyyəti sahibkar daşıyır. İnzibati xətalar məcəlləsində sığortanın bağlanmamasına görə həm hüquqi, həm də fiziki şəxsi cərimə gözləyir. İkincisi, əgər Fövqəladə Hallar Nazirliyinin onun sığorta olmadığını bilə-bilə onun sığortalanmasını tələb etməyibsə, təbii ki, Fövqəlada Hallar Nazirliyi də buna görə məsuliyyət daşımaldır və daşıyır. Amma hər bir halda ilk növbədə həm özü, həm də icarədarlar qarşısında sahibkarın özü məsuliyyət daşımalıdır. Sığorta eksperti bildirdi ki, araşdırmalarda maraqlı bir fakt da göstərib. İcarədarlardan sığorta haqqı adı ilə pullar toplanıb. Amma daha sonra məlum olub ki, həmin pulu seyfə qoyublar ki, hər hansı bir hadisə olsa, bu puldan ödəniş edərik. Amma daha düşünmürlər ki, bu qədər böyük yanğın baş verə bilər. Ona görə də sığorta adı ilə vətəndaşlardan pul toplayırlar amma real olaraq heç bir sığorta müqaviləsi bağlamırlar.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3735   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart