Psixoloqdan SƏRT AÇIQLAMA: "Toyda tort yemək üstündə gəlini döyən bəylərə yazığım gəlir"

Psixoloqdan SƏRT AÇIQLAMA: "Toyda tort yemək üstündə gəlini döyən bəylərə yazığım gəlir"Son günlərin ən aktual problemlərindən biri sosial şəbəkələrdə azərbaycanlı bəylərin gəlini döyməsidir. Bu döyülmə halları toyda qondarma adət- ənənəmiz kimi təqdim olunan "tort yemək" üstüdə baş verir. Bəy gəlinin, gəlin də bəyin ağzına tort parçası uzadaraq bir- birlərinə şirinlik edirlər. Gəlinlər bu zaman adətən dəcəl qız obrazı yaradaraq tort parçasını gah irəli, gah geri uzadaraq gələcək həyat yoldaşları ilə zarafat edirlər. Elə bu məqamda dəhşətli görüntülər ortaya çıxır. Hirslənən bəy gəlini elə toyun ortasındaca şilləyə "qonaq" edir. Maraqlıdır, indiki bəylər niyə belə aqressiv davranır?

Bununla bağlı Sonxeber.az-a danışan psixoloq Vəfa Əkbər belə bəylərin aqressiv olmalarını onların utancaqlıq hissləri ilə əlaqələndirir:

"Çox rahat, intellekt və yumor hissinə malik olan bəylər var ki, bu zarafatı çox gözəl qarşılayırlar. Bu zarafatı o insanlar qəbul etmirlər ki, onlar cəmiyyət içində özlərini rahat hiss etməyən insanlardır. Belə insanlar kompleksli, utancaq, çəkingən, özlərində qüsur bilən insanlardır. Ətrafda kimsə onunla zarafat etməyə çalışanda həmin şəxs onu zarafat kimi deyil, ələ salmaq kimi anlayır və avtomatik olaraq aqressiv şəkildə reaksiya göstərirlər. Bu, normal reaksiya deyil".

Psixoloqdan SƏRT AÇIQLAMA: "Toyda tort yemək üstündə gəlini döyən bəylərə yazığım gəlir"Vəfa Əkbər qeyd edib ki, yoldaşını döyən bəy birinci olaraq xanımını alçaldır. Psixoloq bildirib ki, həmin bəylər bununla "sən məndən aşağısan, hələ sən məni ələ də salırsan?" demək istəyir. Ona görə də belə şəxslərin qarşısında durmaq çox çətin olur. Problem insanın tərbiyə aldığı ocaqdadır. Ailə ona doğru tərbiyə və özünü doğru ifadə etmək şəklini öyrədə bilsəydi, həmin bəy ən azı toyunda xanımını pərt etməzdi.

Psixoloq həmçinin bildirib ki, ailə quran şəxslər həyat yoldaşının nə demək olduğunu heç başa düşmür:

"Onlar əzginlik kompleksindən əziyyət çəkən, kompleksli adamlardır. Onlar dərk etmədən ailə həyatı qururlar. Əgər həmin yola qədər doğru gəlməyiblərsə, deməli həyat yoldaşlarını da özləri seçməyiblər. Belə şəxslər "Mənim də arvadım olacaq" təfəkkürü ilə sadəcə sosial statusu tamamlamaq üçün ailə quranlardır. Qarşısındakının qəlbinə əzənlər heç nəyin fərqində deyillər və özləri tamamlanmayıblar. Onların intellektual yumoru aşağı olan insanlardır. Mən elə insanlara baxanda yazığım gəlir".

Psixoloq azərbaycanlılarda daha çox belə hallarla qarşılanma sualına isə belə cavab verib:
"Kifayət qədər yumor hissi olan azərbaycanlı kişisi göstərə bilərəm. Xaricdə ana- ata özünə intim partnyor, qulluqçu axtarmır. Oğluna da sadəcə yanında gəzəcək gəlincik axtarmır. Bu yenə də keçmiş nəslin problemi kimi gündəmə gəlir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4912   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart