Dəm qazından niyə boğuluruq? - Səbəb qazın tərkibidir, yoxsa insan amili?

Dəm qazından niyə boğuluruq? - Səbəb qazın tərkibidir, yoxsa insan amili?Ölkədə dəm qazından zəhərlənənlərin sayı gündən-günə artır. Bir çoxları iddia edir ki, buna səbəb qazın tərkibində havanın və yad cisimlərin çoxluğudur. Belə olduğu halda qazda alışma olmur və tez sönür.

Sonxeber.az xəbər verir ki, irəli sürülən iddiaların doğru olub-olmadığı ilə bağlı Modern.az-ın əməkdaşı "Azəriqaz" ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Ceyhun Səfərov saytımıza bildirib ki, bunun heç bir əsası yoxdur:

"Bir binada kütləvi zəhərlənmə olmur axı! İki-üç binadan, kənd sakinlərindən birində bu hala rast gəlmək olur. Deməli, burada fərdi şəkildə səhlənkarlıq söhbəti var. Təəssüf ki, biz soyuğa dözümlü insanlar deyilik, qışda hər yeri; nəfəslik, qapı və pəncərələri qapadırıq. Biz evlərdə havalandırma aparmırıq. Nəzərə alaq ki, köhnə binalarda bacalar da yaxşı işləmir. Bu hadisələr fərqli-fərqli məkanlarda fərdi şəkildə baş verir".

Ceyhun Səfərov qeyd edib ki, əgər dəm qazından zəhərlənmə hadisələri kütləvi olsaydı, irəli sürülən iddialar əsaslı olardı.

"Bir binada və blokda kütləvi zəhərlənmə olsa, orada araşdırıb ortalığa nə isə çıxarmaq düzgün olardı. Bundan əlavə qazın qəbul edilmiş tərkibi barədə 10 ədəd elementdən ibarət; QOST55422014 standartı var. Bu standartda hər bir şey; oksigen, karbon, istilik vermə qabiliyyətin və digər cisimlərin miqdarı öz əksini tapır. MTK-ları (Mənzil Tikinti Kooperativi) istismara cəlb edəndə tələblərimizi irəli sürmüşük. Bizim tələbimiz binalarda dedektorların quraşdırılması ilə bağlıdır. Burda iki cür dedektorlardan söhbət gedir, birincisi təbii qazın sızması, digəri isə dəm qazı ilə bağlıdır. Son araşdırmalar isə göstərir ki, əksər zəhərlənmələr yanmış, yəni dəm qazından irəli gəlir", - deyə o, bildirib.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib ki, insanların qazdan zəhərlənməsində bir çox səbəblər var:

"Ən birinci səbəb məsuliyyətsizlik, qayda-qanuna əməl etməmək, məhəl qoymamaqdır. Digər səbəb isə qaz cihazlarıdır. Belə ki, cihazların nasazlığı dəm qazının yaranmasına səbəb olur. Ən çox bu kimi bədbəxt hadisələr hamamxanalarda olur. Burada qaz-hava konsentrasiyası düzgün getmədiyindən "CO2" (karbon 4 oksid) əvəzinə "CO" (karbon monoksid) ayrılır. Bu da çox zəhərli maddədir".

Ekspert qeyd edib ki, zəhərlənmələrə səbəblərdən biri də bronxidlərin lazımi qaydada quraşdırılmamasıdır:

"Bronxidlərin quraşdırılmasında böyük səhvə yol verilir. Qazın tərkibində yad cisimlərin olduğunu söyləyənlər savadsız adamlardır, onların heç kimya elmindən xəbərləri də yoxdur. Qazın tərkibi 94-96 faiz metandır, bu da karbon və hidrogenin birləşməsidir. İkisi də zərərsiz maddədir, ancaq birləşəndə metan əmələ gətirir və düzgün yanma prossesi getməyəndə dəhşətli zəhərdir. Belə ki, 7 dəqiqədən 30 dəqiqəyə qədər insanların həyatına son qoya bilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1133   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

29 mart
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart
.

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

29 mart