"Rusiya-Amerika münasibətlərində müəyyən gərginlik yaradan şüarlar var"-politoloq RƏYİ

"Rusiya-Amerika münasibətlərində müəyyən gərginlik yaradan şüarlar var"-politoloq RƏYİABŞ Prezidenti Donald Tramp öz Tvitter mikrobloqunda Vaşinqtonda səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşünə münasibət bildirib. Amerika lideri Rusiya XİN rəhbəri ilə fotosunu paylaşaraq görüşün çox yaxşı keçdiyini, rəsmi Moskva ilə dialoqun yaxın zamanlarda davam edəcəyinə ümid etdiyini qeyd edib. "Elə indicə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiya nümayəndə heyəti ilə çox yaxşı görüş keçirdim", -deyə Tramp yazıb. Onun sözlərinə görə, iclas zamanı ticarət, İran, Şimali Koreya, İNF müqaviləsi (orta və qısa mənzilli raketlərin ləğvi), nüvə silahına nəzarət və seçkilərə müdaxilə də müzakirə edilib.
Sergey Lavrov da görüşün qarşılıqlı anlaşma şəraitində keçdiyini deyib: "Ağ Evdə Prezident Donald Tramp ilə görüş keçirildi. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ilk növbədə Rusiya və ABŞ-ın dünyadakı vəziyyətə cavabdehliyi məsələsinə toxunuldu". Onun sözlərinə görə, iclasda strateji sabitlik və silah nəzarəti mövzuları qaldırılıb. Bundan əlavə, tərəflər Fars körfəzində böhranın qarşısını almaq üçün addımlar atmağa razılıq veriblər.
Lavrov, həmçinin qeyd edib ki, Tramp Qələbənin 75 illiyi münasibətilə Rusiyaya səfər etmək təklifini nəzərdən keçirir:
"Prezident Vladimir Putin, bu ilin iyununda Yaponiyada keçirilən G20 sammitində Amerika liderini gələn ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü tədbirlərinə dəvət edib".
Bu görüş haqqında politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib Rusiya Amerika münasibətlərində müəyyən gərginlik yaradan şüarlar var:
"Amma buna baxmayaraq, dialoq da davam edir. Hətta soyuq müharibə illərində də, yəni SSRİ-nin var olduğu illərdə də nüvə təhlükəsizliyi məsələləri barədə, iki ölkə arasında münasibətlərdə gərginlik var idi. Hətta o illərdə dialoq davam edirdi və bəzi məsələlərdə ortaq məxrəcə gəlməyə çalışırdılar. Amma yenə də fikir ixtilafı qalırdı və bu indi də davam edir. Tutaq ki, 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edir, 2014-cü ildə Kırımı işğal edir və bu Amerikanın maraqlarına toxunur. Həmçinin Amerika Şərqi Avropada raketlər yerləşdirir, əvvəlki razılaşmaya baxmayaraq İrana qarşı sanksiyalar tətbiq edir. Bu da Rusiyanın maraqlarına toxunur. Bu cür fikrir ixtilafları olmasına baxmayaraq amma hər iki tərəf dialoqu davam etdirir".
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Mayk Pompeo, bunun ardınca Ağ Evdə prezident Donald Trampla görüşüb. Donald Trampın özünün Rusiyaya münasibəti müsbətdir. Buna baxmayaraq Amerikanın özündə Rusiya əleyhdarları da çoxdur.Bu Konqresdə, beyin mərkəzlərində, hökumətin özündə də var ki, Amerika Rusiyaya qarşı daha sərt davranmalıdır. Yəni bir növ mehriban düşmənlərə də oxşayırlar. Gərginlik olsa da, başa düşürlər ki, bu gərginliklərə rəğmən görüşmək, fikir mübadiləsi aparmaq vacibdir. İki il öncə Mayk Pompeo Moskovaya gəlmişdi, iki il sonra Sergey Lavrov Vaşinqtona gedir. Trampla Putin də, ara-sıra beynəlxalq konfranslarda fikir mübadiləsi aparırlar. Amma gördüyünüz kimi nə Tramp Moskovanı ziyarət edib, nə də Putin bu illərdə Ağ Evə dəvət olunub. Bu da gərginlikdən xəbər verir. Putini Ağ Evə dəvət etsələr, Tramp çox böyük daxili təzyiqlə üzləşəcək. Ona görə də çox yaxın ola bilməsələr də gərgin mövzuları da müzakirə etməkdən yayınmırlar"-deyə politoloq bildirib.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1104   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart