Cərimə ilə qorxudulan bildirişləri qapılara kim yapışdırır? - RƏSMİ MÜNASİBƏT

Cərimə ilə qorxudulan bildirişləri qapılara kim yapışdırır? - RƏSMİ MÜNASİBƏTArtıq bir aya yaxındır mənzillərin qapısına daşınmaz əmlakın sığortalanması ilə bağlı bildiriş kağızları yapışdırılır. Bildirişlərdə gələn il yanvarın 1-dən sığortanın bu növünün məcburiliyi, sığortadan yayınanların isə 30 manat cərimələnəcəkləri qeyd olunub. Ancaq bildirişi kimlərin və hansı məqsədlə yapışdırması məlum deyil. Yalnız kağızın aşağı hissəsində ad və əlaqə nömrəsi yazılıb.

Maraqlıdır, qapılara həmin bildirişləri kimlər yapışdırır? Bildirişlərin mənzillərin qapsıına yapışdırılmasına hansısa rəsmi qurumdan, yaxud rəsmi şəxsdən göstəriş verilibmi?

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov Lent.az -a açıqlamasında bu bildirişlərdən məlumatsız olduğunu deyib:

"Onları kimlərin qapılara yapışdırdığı barədə məlumatım yoxdur. İcbari Sığorta Bürosu olaraq belə bir fəaliyyətlə məşğul deyilik. Daşınmaz əmlakın icbari sığortasını bu növ sığorta satmaq səlahiyyəti olan 12 qeyri-həyat şirkəti həyata keçirəcək. Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən qüvvədədir və həmin ilin yanvarından daşınmaz əmlakını sığorta etdirməyən şəxslər cərimələnir. Bu, qanunun tələbidir".

Bildirişdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq. "Atəşgah" sığorta şirkətinin satış meneceri Elnur Zeynalov, bildirişlərin nə üçün qapılara yapışdırılmasına aydınlıq gətirib. O, bildirişlərin paylanmasının hansı orqana tövsiyə edildiyini də bildirib:

"Məlumdur ki, gələn ilin yanvar ayından daşınmaz əmlakını sığorta etdirməyən şəxslər cərimələnəcək. Biz də vətəndaşların məlumatlı olması üçün bildirişlər yayırıq. Bizə bildirişlərin yayılmasını və əhalinin məlumatlandırılmasını yerli icra hakimiyyətləri tövsiyə ediblər. Vətəndaşlara bu informasiyaların çatdırılmasını təkcə biz yox, daşınmaz əmlak sığortası üçün icazəsi olan hər bir şirkət həyata keçirir. Burada hər hansı reklam niyyəti yoxdur və insanlara bizim müştərimiz olun da demirik. Bildirişlərdə şirkətin adı və ya simvolu qeyd olunmayıb. Məqsəd yalnız insanların məlumatlı olmasıdır. Bildiyimə görə, daşınmaz əmlakın icbari sığortasını həyata keçirən 12 qeyri-həyat şirkəti var. Həmin şirkətlər Mərkəzi Bankdan daşınmaz əmlakın sığortası üçün lisenziya alıblar".

Qeyd edək ki, gələn il yanvarın 1-dən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər 30, vəzifəli şəxslər 80, hüquqi şəxslər isə 200 manat miqdarında cərimələnəcək. Bununla bağlı 2 həftədir mənzillərin qapısına bildirişlər yapışdırılmağa başlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1346   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel