Saxta "Nemiroff", "Beluqa" və "Ruskıy Standart" istehsal edən müəssisə aşkarlandı - FOTO
Mingəçevirdə saxta alkoqollu içki sexi aşkarlanıb.
Sonxeber.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri, M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib.
Reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.
Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq , 6500 ədəd aksiz marka , 500 ədəd "Ruskıy Standart" etiketi , 400 ədəd stiker , 1500 ədəd QR-kod , filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülmüşdür.
Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
"AtaBank" vətəndaşların əmanətlərini geri qaytarmır-ŞİKAYƏT
Bir neçə gündür ki, xəbər portallarında "AtaBank" -ın öz fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılıb. Bu da banka pul qoyan yüzlərlə vətəndaşları narahat edir. Sonxeber.az-ın redaksiyasına şikayət edən insanlar bankdan əmanətlərin geri alınmasında problemlər yaşadığını bildirirlər
10 dekabr 2019Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı
Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVIII iclasının yekunlarına əsasən protokol imzalanıb.. . Sonxeber.az xəbər verir ki, hökumətlərarası Komissiyanın iclası çərçivəsində həmçinin 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi sahəsind
9 dekabr 2019Azərbaycan dizeli qaçaq yollar ilə xaricə daşınır
Azərbaycandan dizelin xaricə qaçaqmal şəkilində aparılması halları artıb.. . . . 2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.. . . . "Marja"nın Dovlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onlarda
6 dekabr 2019"Ziraat Bank Azərbaycan"ın 4-cü filialı fəaliyyətə başlayıb
Oktyabrın 25-də Sumqayıt şəhərində "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə üzrə 4-cü filialının açılışı olub. . . Açılış mərasimində Turkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, "Ziraa
31 oktyabr 2019Manatın məzənnəsində dəyişiklik olacaq? – Ekspertdən açıqlama
Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, qərara əsasən, uçot dərəcəsi 1,5-1,75%-ə qədər endirilib.. . Xatırladaq ki, bir qədər əvvəl FED uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib. . . Maraqlıdır
31 oktyabr 2019