"Bəzi sürücülərimizə normal yol yaraşmır"-Ekspert yol qəzalarından DANIŞDI

"Bəzi sürücülərimizə normal yol yaraşmır"-Ekspert yol qəzalarından DANIŞDIBu ilin 11 ayı ərzində Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyini ciddi narahat edir.
Bildirilir ki, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol-nəqliyyat hadisələri zamanı 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb.
Bununla bağlı Sonxeber.az-a danışan Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı son illər piyadaların vurulması ilə nəticələnən hadisələrin sayının artdığını deyib. O, yollarda qəza hadisələrini nyaranmasında iştirak edən üç məqama diqqət çəkib:
"Buarda üç məqama diqqət çəkmək istəyirəm. Bunlardan piyada məsuliyyətsizliyi, sürücü diqqətsizliyi və yol təsərrüfatının normal vəziyyətdə olmamasını deyə bilərik. Yol təsərrüfatının normal vəziyyətdə olmamasına yolların işıqlandırılmaması, piyada zolaqlarının olmaması, piyadaların normal hərəkətini təşkil etmək üçün səkilərin olmamasını göstərə bilərik. Deyək, ki, yola piyada zolağı çəkirlər. Baxırsınız ki, iki və ya üç aydan sonra bu işarə silinir, piyada haradan keçəcəyini görmür. Belə halla qarşılaşan sürücü də piyada kimi bu zolaqları görmədiyi üçün piyadanı elə həmin zolağın üzərində vurur".
Elməddin Muradlı piyada keçidləri arasındakı məsafələrin qanunda qeyd olunduğu kimi olmadığını bildirib: "Qanunda maksimum yaşayış məntəqələrindən kənarda 700 metrdən bir piyada keçidinin olması nəzərdə tutulur. Bəzən isə elə yollar var ki, kilometrlərlə getsən də qarşına piyada keçidi çıxmır. Bunun nəticəsində də hər gün yollarda qəzalar, xəsarətlər, ölümlər baş verir. Piyada keçidinin 10- 15 metrliyindən keçən piyadalara rast gəlinir".
Ekspert həmçinin sürücü məsuliyyətindən də danışaraq, onların da qəza şəraiti yaratdığını deyib:
"Digər tərəfdən sürücülərin məsuliyyətsizliyi də özünü göstərməkdədir. Bakı- Quba- Rusiya yolu əvvələr çox bərbad gündə idi. Oradakı yolda çala- çökək əmələ gəlmişdir. Azəravtoyol tərəfindən orda kosmetik dəyişiklik edildi, həmin çala- çökək düzəldildi. Belə deyək də, yol normal vəziyyətə gətirildi. Düzələn kimi həmin yolda hadisələrin sayı artdı. Bu o deməkdir ki, bizim bəzi sürücülərimizə normal yol yaraşmır. Yol normal olanda sürücülər gözlərini yumub, qazı basırlar və ağır qəzalar törədirlər. Normal yollarda bizim bəzi sürücülər özlərini apara bilmirlər".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 730   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021