"Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər"

"Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər"Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: "Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyacan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Vətəndaşlar Yol Hərəkəti haqqında qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir.

Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamalıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər.

Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 871   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel