"Azyaşlı uşaqlara işgəncə verən ata həbs edildi, ögey ana isə..." - Baş Prokurorluqdan AÇIQLAMA

"Azyaşlı uşaqlara işgəncə verən ata həbs edildi, ögey ana isə..." - Baş Prokurorluqdan AÇIQLAMAPaytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Sonxeber.az-a bildirib ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirərək 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

İstintaq zamanı azyaşlılar Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.
X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunub, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 16 aylıq hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə azyaşlılar barəsində əlavə komissiyon məhkəmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizaları təyin edilib, bundan başqa onların "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilməsi məqsədi ilə atası X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün əsaslar olduğu halda müvafiq tədbir görülməsini təmin edilməsi məqsədilə Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinə, Sabunçu və Ağcabədi rayon İcra Hakimiyyətlərinə müraciət olunub. Eyni zamanda azyaşlıların müalicə və sosial reabilitasiyasının həyata keçirilməsi, onların mövcud vəziyyətə adaptasiyasının təmin edilməsi və psixoloji durumlarının korreksiya olunması məqsədilə peşəkar mütəxəssislər cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sosial   Baxılıb: 3656   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".. . Sonxeber.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı

11 dekabr 2019

Vəzifəsindən azad olunan Əli Həsənov ilk dəfə belə görüntüləndi - FOTOLAR

Yeni Azərbaycan Partiyasının rəhbərliyi müstəqil dövlətimizin Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

11 dekabr 2019

Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI

Ötən gecə Binəqədi rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən tələbələrin adları məlum olub.. . Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi şosesində Şabran rayon sakini Təbriz Ağayevin idarə etdiyi "KamAz"

11 dekabr 2019

"Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər"

Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.. . Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətl

11 dekabr 2019

Hacıbala Abutalıbovla bağlı AMEA-dan TƏKZİB

"Hacıbala Abutalıbov əvvəllər Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri olub. Lakin o, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduqdan sonra həmin laboratoriya ləğ

11 dekabr 2019

"Bəzi sürücülərimizə normal yol yaraşmır"-Ekspert yol qəzalarından DANIŞDI

Bu ilin 11 ayı ərzində Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsini

11 dekabr 2019

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

11 dekabr 2019

İntiharların qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanır-Rəsmi AÇIQLAMA

2019-cu il noyabrın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda ilk dəfə intiharların qarşısının alınmas

11 dekabr 2019

Çoxlarının gözlədiyi mənzillərin satışa çıxarılmasına günlər qalır

Bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır.. . Sonxeber.az Sputnik Azərbaycan-a istinadla bildiri

11 dekabr 2019