"Əgər biz inflyasiyanın optimal şəkildə saxlanılmasını istəyiriksə...."-ekspertdən AÇIQLAMA

"Əgər biz inflyasiyanın optimal şəkildə saxlanılmasını istəyiriksə...."-ekspertdən AÇIQLAMAAzərbaycanda qiymət artımı proqnoz göstəriciləri formalaşdırılarkən ən vacib məqamlardan biri idxal inflyasiyası amilidir. Lakin BVF-nin proqnozlarına görə, xarici amil (ölkəmizin əsas ticarət partnyorlarında qiymət artımı) Azərbaycanın makroiqtisadi göstəricilərinə minimal təsir göstərəcəkdir. Fonddan verilən məlumata görə, 2020-ci ildə Azərbaycanda 3% inflyasiya səviyyəsi proqnozlaşdırılır. BVF-nin yeni hesabatında yüksək texnologiyaların istifadəsinin istehsal xərclərinin (müvafiq olaraq qiymətlərin) azaldılmasına kömək etdiyi, "Amazon" kimi şirkətlərin meydana çıxması, bazara giriş üçün maneələrin azaldılması və e-ticarətin böyüməsinin bazarlarda rəqabət şərtlərini dəyişdirdiyini qeyd olunur.

Bununla yanaşı Azərbaycana məhsul və xidmətlərin əsas tədarükçülərində gələn il üçün inflyasiya gözləntilərində azalma müşahidə olunur - Rusiyada 2,5%, AB ölkələrində təxminən 2%, Çin və ABŞ-da əvvəlki göstəricilər, Türkiyədə inflyasiyanın isə cəmi 12% olması gözlənilir.
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert, professor Elşad Mamedov açıqlama verib. O, bildirib ki, inflyasiya ilə ən effektli mübarizə üsulu məhz elmi-texniki tərəqqinin, innovasiyaların iqtisadiyyatda tətbiqidir:

"Ona görə də, yüksək texnoloji sahədə əldə olunmuş innovativ nailiyyətlərin iqtisadiyyatda aktiv şəkildə iştirakı təsadüfi deyil. Bu həm istehsalın səmərəliliyinə, həm də məhsuldarlığa eyni zamanda bunun inflyasiyaya da müsbət təsiri var. Ona görə də bu proseslərin reallaşması inflyasiya ilə mübarizə nöqteyi-nəzərdən son dərəcə effektivdir. Amma bu, elmi-texniki tərəqqinin fəaliyyətlərinin iqtisadiyyatda tətbiqi öz növbəsində çox ciddi investisiyalar tələb edir. Əgər inflyasiyanın optimal şəkildə saxlanılması, onunla mübarizə effektiv göstəricilərə nail olunması məsələlərinin müsbət həllini istəyiriksə, ilk növbədə investisiyaların iqtisadiyyata axınını, kapital qoyuluşlarının kəskin şəkildə artmasını və bu istiqamətdə işlərin reallaşmasını təmin etməliyik. Yüksək texnoloji sektorun inkişafı inflyasiya ilə mübarizə nöqteyi-nəzərdən önəmlidir. Unutmayaq ki, həmin o elmi-texniki tərəqqinin faktiki olaraq nəticələrinin iqtisadiyyatda iştirakı üçün biz investisiyaları qabaqlayıcı şəkildə və prioritet olaraq yüksək texnoloji sektora istiqamətləndirməliyik".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1131   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021