"Əgər Ulu Öndər Naxçıvana qayıtmasaydı, bu torpaqlar da işğal olunardı"-Fəttah Heydərovun XATİRƏLƏRİ

"Əgər Ulu Öndər Naxçıvana qayıtmasaydı, bu torpaqlar da işğal olunardı"-Fəttah Heydərovun XATİRƏLƏRİDekabr ayının 12-si Ümummulli lider Heydər Əliyevin anım günüdür.

Bununla bağlı Sonxeber.az-a danışan deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir: "Bu günlərdə biz Ulu öndərin xatirəsini böyük məhəbbətlə yad edirik. Heydər Əliyev XX əsrin ən böyük simalarından biri idi. Heydər Əlirza oğlu Əliyev təkcə azərbaycanlı kimi deyil, həm şəxsiyyət, həm də dövlət xadimi kimi XX əsrin görünən siması idi. Ulu öndərin ən çətin dövrdə Azərbaycan respublikasına rəhbər gəlməsindən tutmuş, ömrün son illərinə qədər fəaliyyəti mənim gözlərimin önündədir. Onun gördüyü işlərin əks-sədası bir azərbaycanlı kimi mənim də hər zaman yaddaşımdadır. Ulu öndər SSRİ dövründə ən yüksək vəzifələri tutub. Lakin namərd insanların Azərbaycana, dövlətçiliyimizə, şəxsən Heydər Əliyevə olan paxıllıq və mənfi münasibəti nəticəsində onun hakimiyyətdən uzaqlaşdırılması, Bakıya gəlməsi, doğma vətənində yer ona verilməməsi, Naxçıvana qayıtması anım günləridə bir səlnamə kimi göz önündən keçir".

Fəttah Heydərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəldiyi ilk illəri hər kəs yaxşı xatırlayır: "Azərbaycan 15 respublika içərisində bütün sahələr üzrə ən geridə qalmış dövlət idi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq Azərbaycanda böyük inkişaf, yeni yanaşma, xalqla dövlət başçısı arasında olan münasibətlərdə yeni bir dövr başladı. Heydər Əliyev öz parlaq siması ilə xalqın rəğbətini qazandı. O, xalqı öz ətrafında birləşdirməyi bacardı. Gələcək nəsil üçün yeni nə varsa, o istiqamətə yönəltdi. Azərbaycan 14 il ərzində ittifaqın ən qabaqcıl republikalarıdan birinə çevrildi. Azərbaycan o dövrdə Ukraynadan sonra ikinci dövlət idi ki, öz ehtiyaclarını gəlirləri hesabına ödəyirdi. Bu, ümumi bir xatirədir ki, yaddaşımda qalıb. Tarix onu göstərir ki, dövr, şəxsiyyətlər, xüsusilə Azərbaycana rəhbərlik edən şəxslər barəsində fikirləşən zaman Heydər Əliyev yüksək zirvədə dayanan rəhbər kimi xatırlanır".

Fəttah Heydərov vurğulayıb ki, Ulu öndər bütün sahələrdə olan geriliyi aradan qaldırmaq üçün rayonlara gedir, insanlar görüşür, mövcud problemlərlə maraqlanırdı: "Bunların hər biri nümunəvi rəhbər və xalq münasibətlərinin yüksək zirvəsi idi. Mən həmin dövrdə Naxçıvanın rayonlarında müxtəlif vaxtlarda Mədəniyyət və Əhaliyə Məişət Xidməti naziri kimi fəaliyyət göstərmişəm. Hər bir sahədə də Ulu öndərin işə, torpağa, insanlara münasibəti bu gün də mənim xatirimdədir. Hər dəfə onun Naxçıvana gələşini, gördüyü işləri və əldə olunan nailiyyətləri heç bir zaman unutmayacam".

Fəttah Heydərov söyləyib ki, Ulu öndərlə olan söhbətlərini hər zaman xoş xatirə kimi xatırlayır: "SSRİ dövründə Ulu öndərimiz Ordubada gəlmişdi. Ordubadda tanınmış ipək fabriki var idi. Orada yalnız ipək saplar istehsal olunurdu. Ulu öndər Ordubada gələndə bildirdim ki, ipək saplar istehsal olunsa da, parça üçün şərait yaradılmalıdır. Mənim bir kəlmə sözümdən sonra o Bakıya qayıdan kimi göstəriş verdi ki, Ordubadda böyük toxuçuluq fabriki açılsın. Ən azı 250 nəfər işlə təmin edildi. Bu bir möcüzə idi. Bundan əlavə Ordubadın mədəniyyət evi 14-cü əsirdə tikilmiş məscidfə yerləşirdi. Bir kəlməmdən sonra gözəl bir mədəniyyət evi tikildi. Ulu Öndər Heydər Əliyev bir kəlmə sözdən böyük bir əməl həyata keçirirdi ki, deyilən söz xalqa xidmətə çevrilirdi. Yaddımda qalan digər bir xatirə ən ağır illərdə ulu öndərin Naxçıvana gəlməsidir. Mən hər zaman söyləyirəm ki, əgər Ulu öndər Heydər Əliyev Naxçıvana gəlməsəydi, ora da işğal oluna bilərdi. Şahid olduğum bir fakt idi. Ulu Öndər Naxçıvana qayıtmışdı. Heç yerdə işləmirdi. O zaman mən onun yanına gedir, söhbət edirdim. Bir dəfə Sədərək kəndindən qayıdan zaman yanına getdim. O, mənə söylədi ki, eşitdiyimə görə Sədərək kəndində olan insanları Naxçıvana köçürürlər. Mən də gördüklərimi ona danışdım. Bildirdim ki, ermənilər top mərmiləri ilə tez-tez atəş açır. İnsanları qorumaq üçün onları köçürürlər. O zaman Naxçıvanda rəhbər vəzifələrindən biri o görüşə gəlmişdi. Ulu öndər ona bildirdi ki, eşitdiyimə görə Sədərəyi köçürürsünüz. Bu nə məsələdir? O da bildirdi ki, düşmən top mərmilərindən atəş açır. Biz yaşlı, xəstə insanların təhlükəsizliyi üçün onları köçürdük. Cavab kimi Ulu öndər həmin şəxsə bildirdi ki, siz bilmirsinizmi köçürmək təhvil vermək deməkdir. Siz Sədərəyi təslim vermək istəyirsiniz? Həmin şəxs narazı qaldı ki, mən bunu Ulu öndərə niyə demişəm. Qısa müddətdən sonra Ulu öndər Naxçıvana rəhbər təyin ediləndən sonra bütün problemləri həll etdi. Atəşkəs elan olundu. Köçürülən şəxslər kəndlərinə geri qayıtdılar. Naxçıvanın sərhəd kəndlərindən artıq şəhidlər gəlmədi. Naxçıvan işğal olunma təhlükəsindən xilas olundu. Qarağa işğal olunan zaman ulu öndər hakimiyyətdə olsaydı torpaqlar əlimizdən getməzdi. Yaxşı ki, o qayıtdı. Azərbaycanımız inkişaf edərək yenidən əsarət altəna düşməkdən xilas olundu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 985   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart