KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO

KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEODekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, "KamAZ 53212" markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Onlar barədə bəzi məlumatları əldə etmişik.

Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.

Məktəbin direktor müavini Təranə Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.

"O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.

Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir", - deyə Təranə Paşayeva bildirib.

Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.

Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

Məktəbin direktoru Nadir Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.

Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.

Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.

Sosial   Baxılıb: 5965   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda qalmaqallı görüntülər - sürücünün "ayağı" polisin əlində qaldı - VİDEO

Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb.. . BAKU.WS-in əldə etdiyi görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb. . . Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünü

12 dekabr 2019

Azərbaycanda maraqlı yeni layihə

Hal hazırda dünyada audio kitablara maraq gündən günə artır. Müasir texnologiyanın inkişaf etdiyi dövrümüzdə ənənəvi kitablardan fərqli fərqli olaraq insanlar səsli kitaba daha çox üstünlük verirlər. Bunun səbəbi vaxt itkisi olmadan maraqlı kitablarla tanışlıqdır. Azərbaycanda bu sahədə daha əvvəl kiçi

12 dekabr 2019

"Əgər Ulu Öndər Naxçıvana qayıtmasaydı, bu torpaqlar da işğal olunardı"-Fəttah Heydərovun XATİRƏLƏRİ

Dekabr ayının 12-si Ümummulli lider Heydər Əliyevin anım günüdür. . . Bununla bağlı Sonxeber.az-a danışan deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir: "Bu günlərdə biz Ulu öndərin xatirəsini böyük məhəbbətl

12 dekabr 2019

Bakıda bu yollarda hərəkət məhdudlaşdırıldı

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə səhər saat 08:00-dan Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.. . Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sonxeber.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevi

12 dekabr 2019

İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.. . Sonxeber.az xəbər verir ki, dövlət başçısı paylaşımda Heydər Əliyevdən "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyin

12 dekabr 2019

Bakı metrosunda qorxulu anlar: polis işə qarışdı - VİDEO

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. . . Sonxeber.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb. . . Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamy

12 dekabr 2019

83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".. . Sonxeber.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova, xanım sənətçini

11 dekabr 2019

Vəzifəsindən azad olunan Əli Həsənov ilk dəfə belə görüntüləndi - FOTOLAR

Yeni Azərbaycan Partiyasının rəhbərliyi müstəqil dövlətimizin Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.. . Unikal.org-un məlumatına görə, Azərbaycan Prezident Administrasiyasını

11 dekabr 2019

Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI

Ötən gecə Binəqədi rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən tələbələrin adları məlum olub.. . Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi şosesində Şabran rayon sakini Təbriz Ağayevin idarə etdiyi "KamAz" markalı yük maşınının üstündən keçərək öldürdüyü tələbələrin Biləcəri qəsəb

11 dekabr 2019