"Xalqımız fəxr edə bilər ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bəşəriyyətə vermişik"-Aparat rəhbəri

"Xalqımız fəxr edə bilər ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bəşəriyyətə vermişik"-Aparat rəhbəriBu gün ümummilli lider Heydər Əliyevin anım günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
Sonxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini Natiq Məmmədov ümumili lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasındakı böyük fəaliyyətindən danışıb:
Burada gənc və orta nəslin nümayəndələri var. Bəzilərimiz o hadisələri birbaşa yaşamışıq, görmüşük. Gənc nəslin nümayəndələri isə sonradan oxuyur, eşidir. Mən bunu özüm yaşamışam. Həmin dövrdəki vəziyyəti bir cümlə ilə ifadə etmək mümkün olsaydı, demək olardı ki, Azərbaycan dövlətçilik maşınının sınıb dağılmış vəziyyətdən, qurub saz vəziyyətə gətirib relsin üzərinə qoymaq qədər böyük bir uğurlu yol keçib.
Təsəvvür edin ki, ölkə dağılır və daxili qüvvələr bir-biri ilə mübarizə aparır. O cümlədən xarici düşmənlər öz işindədir, tam səmimi desəm, inamımız da itmiş vəziyyətdədir. Kürəyini söykəyə biləcəyin bir qüvvə də yoxdur. Mən onda başa düşdüm ki, hansısa bir dəstək gözləmək xülyadan başqa bir şey deyil. Ümumilli liderimiz həmin o dövrdə Azərbaycana, xalqımıza o özünəinamı qaytara bildi. Bizi dövlətimizə inanmaq qədər yüksəltdi və bizə güc verdi. Bu gün gördüyünüz hər şey həmin o dövrün keçilməz yollarından keçib gələn dövlətçiliyin uca,rahat günlərini yaşayırıq. Tam səmimi deyə bilərəm ki, yəqin ki uzun müddət araşdırılacaq. Ümumilli liderin fəaliyyəti dövlətçilik tarixində çox ciddi araşdırma tələb edən, başqa xalqlar, dövlətlər üçün böyük fayda verə biləcək həyatdır. Düşünürəm ki, zaman keçdikcə buna şahid olacağıq.
Dağılmış dövlət qurmaq təcrübəsi dünyada çox olub. Amma hansısa bir regionda yerləşən və müxtəlif qüvvələrin marağına tuş gələn dövləti qurmaq o qədər də asan məsələ deyil. Ona görə bizim xalqımız fəxr edə bilər ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bəşəriyyətə vermişik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 704   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16 aprel
.

Ən çox balı onlar topladı - Siyahı

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi) . 2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri,

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel