"Türkiyə rəsmi səviyyədə Amerikanın hərbi bazalarını bağlamaq haqqında düşünür"-RƏY

"Türkiyə rəsmi səviyyədə Amerikanın hərbi bazalarını bağlamaq haqqında düşünür"-RƏYABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.
Qanun layihəsi Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə komplekslərinə görə sanksiyalar nəzərdə tutur.
Bu qərar Türkiyədə sərt etiraz doğurub. Bir gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, o zaman İncirlik və Kürəcik bazaları məsələsi gündəmə gələ bilər. Çavuşoğlu bununla yanaşı bildirib ki, Türkiyə ABŞ-ın təyyarələrin çatdırılmasından imtina edəcəyi halda rus qırıcılarına F-35-lərin alternativi kimi baxır.
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. O, bildirib ki, Türkiyə öz milli və təhlükəsiz maraqları ilə çıxış edir.
"Əslində Türkiyə, Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Soyuq müharibə illərində strateji müttəfiq idilər, çünki qarşılarında SSRİ-i kimi təhlükəli dövlət var idi. Amma soyuq müharibə bitdi, SSRİ-i dağıldı, Türkiyə bölgədə əsas rol oynamağa başladı. Türkiyə öz təhlükəsizliyini düşünməli, sərhədlərini qorumalıdır. Çünki terrorla mübarizə aparır. Türkiyə Amerikadan "Patriot" raketlərini almaq istəyirdi amma satmadılar və Türkiyə məcbur qalıb Rusiyadan "S-400" aldı. Amerika indi Türkiyəyə qarşı sanksiya tətbiq edir. Müstəqil dövlətin siyasətinə qarşı çıxmaq doğru yanaşma deyil. İndi də Türkiyəyə F-35 hərbi təyyarələrini satmaq istəmir. Halbuki pulun bir hissəsi ödənilib anlaşma da var. Hətta təyyarələrin bir hissəsi Türkiyədə istehsal olunub, buna rəğmən ABŞ qırıcıları satmaq istəmir.

Bunun qarşılığında da, Amerikada anti-türk qüvvələrin sayı çoxalır. Donald Tramp Türkiyə ilə yaxın əməkdaşlığın tərəfdarıdır, Ərdoğan ilə Vaşinqtonda da görüşdü. Amma bütün məsələləri Ağ Ev sahibi həll etmir. Kongresdə anti -türk, anti-Azərbaycan əhval-ruhiyyə var və ard-arda Türkiyə əleyhinə müxtəlif sanksiyalar tətbiq edilir. Bu sanksiyalar Türkiyə-Amerika münasibətlərinə çox zərər vurur, Trampın işini daha çox ağırlaşdırır. Türkiyə daha çox Amerikadan uzaqlaşır və nəticədə də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyir ki, bele getsə biz Amerikanın Türkiyədəki hərbi bazasını bağlaya bilərik. Düzdür, bu riskli addımdır, Türkiyə bu addımı asanlıqla ata bilməz. Amma bu Amerikaya bir mesajdır. Görün münasibətlər nə vəziyyətdədir ki, Türkiyə rəsmi səviyyədə Amerikanın hərbi bazalarını bağlamaq haqqında düşünür.

Məsələnin Azərbaycanla bağlığından danışsaq deyə bilərəm ki, Ermənistanı çıxmaq şərti ilə Azərbaycanın bütün dövlətlərlə normal münasibətləri var. Azərbaycan ilə Amerika arasında münasibətlər yaxşıdır. Donald Tramp bir neçə dəfə Azərbaycan prezidentinə məktub göndərib. Hansı ki Türkiyə ilə münasibətləri gərgin olan Amerika, İsrail, Misir ilə də yaxşı münasibətlərimiz var. Çünki bu məsələdə bizim fərqli mövqeyimiz var. Amma hər halda Türkiyə-Amerika münasibətlərinin gərginləşməsi bizə də müəyyən problemlər yarada bilər. Bəzi qüvvələr qarşısında seçim etməyə məcbur qala bilərik amma biz seçim etməyəcəyik. Türkiyə bizim qardaş dövlət, strateji müttəfiqimizdir. Amerika ilə də normal münasibətlər var və bu münasibətlər davam edir. Məsələ burasındadır ki, Amerikada ermənilərin, erməni lobbisinin istəyi ilə erməni soyqırımı qətnaməsi tanınır, Türkiyə əleyhinə sanksiyalar tətbiq olunur. Əlbəttə ki, biz bunu xoş qarşılaya bilmərik".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1830   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel