Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLARXəbər verdiyimiz kimi iki gün əvvəl Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində həlak olanlar 11-ci sinif şagirdləri Tural Cabbarov və Dilarə Sultanlıdır.

Sonxeber.az son dövrlər ölən məktəbliləri təqdim edir:

-Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Həkimlərin müdaxiləsinə baxmayaraq Elina Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR- Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Məktəbli topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.T.Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.Tamerlan Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR-Yeni Yasamal, D.Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında 16 yaşlı Taleh Valeh oğlu Atakişiyev özünü asaraq intihar edib. Taleh Atakişiyev 53 saylı orta məktəbin XI sinif şagirdi olub.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR-11-ci sinif şagirdi olan Elxanə Elxan qızı Hüseynzadə kənddə yaşayan babası İntiqam Məmiyevə məxsus evin hamamında dəm qazından boğularaq dünyasını dəyişib.

Elxanə Hüseynzadənin valideynləri Bakı şəhərində yaşasalar da, o, iki il imiş ki, kənddə yaşayan ana babasıgilə köçərək orada orta təhsil alırmış. Müəllimlərinin bildirdiyinə görə, Elxanə məktəbin əlaçı şagirdlərindən imiş.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR-Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Qəzada dünyasını dəyişənlərdən biri də 13 yaşlı Sevindik olub. Sevindik başından xəsarət alaraq rəhmətə gedib.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR-Bakıda məktəbli qız müəmmalı şəkildə vəfat edib. Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin 7 d sinif şagirdi Cəlilova Nuriyyə İlham qızının yaşadığı mənzildə meyiti tapılıb. Onun hansı səbəbdən vəfat etdiyi bəlli olmayıb.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR- 13 yaşlı Fərhad Məmmədov ailəsi ilə birlikdə Lənkərana gedərkən halı pisləşib və Lənkəran rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Fərhad Məmmədov Cəlilabadda tanınmış həkim Fərahim Məmmədovun oğludur.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR- Lənkəran şəhər 7 saylı orta məktəbinin II sinif şagirdi Xədicə Ramin qızı Ağayeva xəstəlikdən dünyasını dəyişib. Noyabrın 28-də dərsdə halı pisləşən qızın vəziyyəti barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayevaya xəbər verilib. Uşağın atası Ramin Ağayev də məktəbə gedib və azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib və orada keçinib.

Xəstəlik, qəza, dəm qazının qurbanı olan MƏKTƏBLİLƏRİN SİYAHISI - FOTOLAR- 15 yaşlı Ziyadzadə Fərid Murad oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 CM 281 nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.Qeyd edək ki, qəzaya düşən F.Ziyadzadə orta məktəbin 9-cu sinif şagirdi olub. Sürücülük vəsiqəsi olmayan məktəbli atasının maşınını idarə edirmiş.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2545   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021