Sərdar Cəlaloğlu: "Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır"

Sərdar Cəlaloğlu: "Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır""Qadının ağzından iy gələrsə, kişilər seksual ehtiyacların ödəmək üçün kənara qaçırlar"

Bu sözləri Sonxeber.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, bu dəfə kişi və qadınların boşanma səbəblərinə toxunub. İntim münasibətlərin ər- arvad arasındakı ailə məsələlərinə təsirini açıqlayıb:

"Kişi qadının təlabatı olmadığı halda öz cinsi ehtiyacını ödəmək üçün onunla məcbur intim həyatı yaşayır. Qadın isə təlabatı ödənməmiş qalır və məcbur başqa kişilərə meyl edir ya da ki, evdə müxtəlif problemlər yaranır. Eləcə də kişi zövq ala bilmirsə, başqa bir şeylə bunu konpensasiya edir. Ailə zorakılıqlarından meydana çıxmasının əsas səbəblərindən biri də seksual ehtiyacların yarımçıq ödənməsidir. Gərək hər iki tərəf bir- birinə zövq verməyə çalışa. Tərəflərin biri özünü düşünüb intim münasibət qurmağa çalışırsa, onda problem yaranır".

Sərdar Cəlaloğlu bildirib ki, kişilərin kənarda münasibət axtarmasının bir səbəbi zövq məsələsi, digəri isə seksual müxtəliflilk istəməsidir:

"Gözəllik başqa seydir, bir kişinin qadından intim zövq alması başqa şeydir. Bəzi kişilər ailədə bəzi hərəkətləri etməli olmadığını düşünür. Məsələn, bir kişinin qadını "kukla" kimidir, seksual sferası da yerindədir, amma tutaq ki, ağzından iy gələ bilər. Belə olan halda kişilər seksual zövqlərini ödəmək üçün kənara qaçmağa meyl edirlər".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir kişinin bir qadınla yola getməməsinin heç bir elmi əsası olmadığını deyib. Onun fikrincə ailədəki problemlər sadəcə olaraq müəyyən tərbiyyə, ailə ənənələri, məlumatsızlıqla bağlı yaranır. Belə problemlərin həlli var. O qeyd edib ki, hətta ər arvad arasında həddindən artıq kök, həddindən artıq arıq kimi fiziki uyğunsuzluq olsa belə münasibətlərin qaydasına salınması mümkündür. ADP sədri həmçinin qadın xəyanətlərinin geniş yayılmasından da danışıb. O, səbəblərin əksərini seksual uyğunsuzluqla bağlayıb:

"Qadın xəyanətləri geniş yayılıb. Bizim ailə boşanmalarında məhkəmələrdə müxtəlif səbəblər gətirirlər. Tibbi dildə deyim ki, 90 faiz boşanmaların səbəbi seksual uyğunsuzluqdur. Kişi ilə qadının seksual uyğunluğu olmayanda münaqişə meydana gəlir. Hamı utanır desin ki, səbəb nədir. Tamamilə başqa bəhanələr gətirirlər. Kişi deyir ki, ay nə bilim evi təmizləmədin, qadın deyir sən gec gəldin. Problemin mahiyyətində kişi ilə qadının seksual uyğunsuzluğu dayanır. Bədənin quruluşu, istəklərin fərqli olması, intim həyatın intevsivliyi buna daxildir. Məncə hər iki tərəf psixoloqa müraciət etməlidir. Yaranmış problem aradan qaldırmaq üçün məsləhətlər almalıdır. Uyğunsuzluğu aradan qaldırmalıdırlar.
Azərbaycanda sovet dövründən qalma ənənələrdən biri seksual tərbiyə işinin aparılmamasıdır. Adamlar bəzən normal olan şeyləri bilmədiklərinə görə bəzi hərəkətlərin anormal olduğunu düşünürlər".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10298   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021