"Xarici cizgi filmləri uşaqların milli yaddaşını pozur"-Qulu Məhərrəmli

"Xarici cizgi filmləri uşaqların milli yaddaşını pozur"-Qulu MəhərrəmliÜmumdünya Uşaq Televiziya və Radio Yayımı Günü 1994-cü ilin aprelində BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndələri tərəfindən bayram kimi elan edilib. Televiziya şirkətinin işçilərinə bu tarixə və mövzuya əsasən sabahın gündəlik yayım cədvəlini tərtib etmək tövsiyə olunur.

Mövzu ilə bağlı Sonxeber.az- jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli açıqlama verib. O, bildirib ki, BMT uşaq televiziyası gününü qeyd edəndən bir neçə il sonra Azərbaycan bunu çox yüksək səviyyədə qeyd etdi. Xatırlayırsınızsa, Azərbaycan televiziyasında bu, xüsusi gün kimi qeyd olunurdu. Xüsusi canlı yayımlar olur, BMT-nin və UNİCEF-in Azərbaycandakı nümayəndələri, hətta Ümumilli lider Heydər Əliyev də dəfələrlə uşaqlar üçün keçirilən tədbirlərdə iştirak edirdi. Təəssüf ki, sonra bu ənənə biraz unuduldu.
Əgər indi Azərbaycan televiziyalarında uşaq verlişilərinin səviyyəsindən danışsaq deyə bilərəm ki, bizim televiziya verilişlərinin ümumi səviyyəsi necədirsə, uşaq verilişləri də onların bir parçası, elementi kimi həmin səviyyədədir. Təəssüf ki, bu qaneedici səviyyədə deyil. Əvvəllər həm radio, həm televiziyalarda birbaşa uşaqlara aid maraqlı proqramlar, verilişlər, maraqlı oyunlar, müraciətlər var idi. Həm AZTV-də, həm İTV-də və bəzi özəl televiziyalarda da bu uğurla davam edirdi. Amma indi onlar unudulub. Bu günün özü bir daha bizə xatırladır ki, gələciyimiz hesab etdiyimiz uşaqların mənəvi cəhətdən zənginləşməsi, bilikli,bacarıqlı olması üçün televiziya verilişlərinin təsirini də ifadə etməliyik. İndiki halda normal baxılan uşaq proqramları haqqında çox nikbinliklə danışmaq olmur.
İnternet, texnika əsrində yaşasaq da, texniki irəliləyiş, düşüncə irəliləyişi deyil. Əlbəttə bu, düşüncəyə, yanaşmaya təsir edir. İndi uşaqların 3-4 yaşı olan kimi, analar uşaqlara planşet verirlər ki, cizgi filimlərinə baxsınlar. Yəni burada önəmli olan məzmunun seçilməsidir. Tutaq ki, ayrı-ayrı "Youtube" kanallarında uşaqlar ilə bağlı çox cizgi filimləri, musiqilər var amma bunlar xammaldır. Televiziya bunu uşaqlar üçün faydalı materiala çevirməlidir. Azərbaycanda son illər hansı cizgi filmi, uşaqlar ilə bağlı hansı ciddi film çəkilib və bu gün bütün uşaqların baxıb, sevə biləcəyi hansı proqram var? Təəssüf ki, yoxdur. Biz buna diqqət yetirməliyik. Artıq uşasqların yaddaşı itir. Özgə xalqların, dövlətlərin qəhrəmanlarını sevdirməklə məşğuluq. Bu gün Disney, Rusiya, Türkiyədən gələn cizgi filmləri uşaqların milli yaddaşını pozur. Azərbaycan nağılları uşaqlar aid çox böyük ekran əsərləri yaratmaq üçün yaxşı xammaldır. Amma bununla işləyən, sistemli və məzmunlu şəkildə auditoriyaya çatdıran yoxdur. BMT uşaq televiziyası günü bizim üçün bir mesajdır. Biz uşaqlarımız haqqında düşünməliyik.

Lakin ölkəmizdə fəaliyyət göstərən "Azanfilm"animasiya studiyası uşaqların zövqünü oxşayacaq, onlara lazımı məlumatı ötürəcək yetərincə cizgi filimlərinin istehsal olunduğunu bildirib:
"Azanfilm" Studiyasından son illərdə istehsal olunan filmlər barədə maraqlanada bizə hazır olan filmlərin siyahısını təqdim etdilər.
Baxsan görərsən ki son illərdə: İlbizin evi, Tırtılın arzusu, Balaca ev, Köhnə saat, Gəlin birgə öyrənək ( rənglər, rəqəmlə 1, rəqəmlər 2), Əlifba, Mənim balaca Şahzadəm (2019) istehsal olunub. Hazırda da "Tıq-tıq və dostları möcüzələr axtarışında" və "Oğurlanmış bahar" animasiya filmləri istehsaldadır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2045   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Dünya ulduzu Bakıya gəlir - FOTO

"Böyük ehtimalla "JARA" bu yay Bakıya qayıdacaq. Biz buna beynəlxalq status əlavə etmək istəyirik və festivalın adı başqa olacaq. O, "Dream Fest" adlanacaq. Hələlik bunu anons etmirik, amma hər şey qaydasında olarsa, orada çoxlu sayda Rusiya və müxtəlif ölkələrdən sənətçilə

6 yanvar
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart