Paş Prokurorluq vəzifəli şəxsin qanunsuz əməlləri barədə məlumat yaydı

Paş Prokurorluq vəzifəli şəxsin qanunsuz əməlləri barədə məlumat yaydıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Bununla belə, əhalinin sosial rifahının yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərə kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə və sui-istifadə hallarına qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Publika.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də "Qarabağ müharibəsi veteranı" adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1495   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

20 aprel
.

Flora Kərimova: "Rahat yat, Cavanşir"

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı "Instagram" səhifəsində paylaşım edib. xəbər ki, sənətçi mərhumla birgə görüntülərini paylaşaraq bunları yazıb:. "Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinl

21 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib. axşam.az-a istinadən bildirir ki, nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib. "Əziz babam, bu xəbər yalan olmalı idi. Sən bizim üçün əvəzolunmaz birisən" deyə, o, babası ilə fotosuna yazıb. Qeyd edə

20 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel