Məşhur həkimi məhkəməyə verdilər
Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
Publika.az xəbər verir ki, Bütün Restoranlar və Turizmçilər Dərnəyi (TÜRES) kardioloqu "qiymətlərə təsir etmə" maddəsi ilə şikayət edib.
Səbəb olaraq "əvvəldən toyuq dönərinə qarşıyam. Satılan yerlərin qarşısından keçəndə belə mədəm bulanır" sözləri göstərilib.
TÜRES-in baş meneceri Ramazan Bingöl, Karatayı ümumiləşdirmə apardığına görə tənqid edib: "Bu məhsullarda bir şey varsa, bu nazirliklər, dövlət qurumları nə işə yarayır? O zaman bunları bağlayaq. Sadəcə Canan Karatay və onun kimilərini dinləyək. İqtisadiyyata verdiyi zərər inanılmaz həcmdədir".
Bingöl bildirib ki, statistika Karatayın dönər haqqında açıqlamasından sonra satışların 30% azaldığını göstərir: "Türkiyədə insan sağlamlığına zərərli bütün qidalarla TÜRES mübarizə aparır. Amma artıq ölkədə iş o yerə çatıb ki, insanların bir bəyanatı ilə iqtisadiyyatın təməl daşı olan milyonlarla insanın çörək yediyi sektora təsir edilir. Bu, eyni zamanda Türkiyə iqtisadiyyatına da öz təsirini göstərir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1615 Tarix: 13 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRəisi Putinə zəng etdi
Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, söhbət İran tərəfinin təşəbbüsü əsasında aparılıb. Putinlə Rəisi Yaxın Şərqdəki hazırkı vəziyyəti müzakirə ediblər
16 aprelNişada bıçaqlı dava düşdü: 4 nəfər yaralanıb
Mişan mərasimində dava düşüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanan 4 nəfər xəstəxanaya yerləşdirilib. Nişan mərasimində yallı zamanı dava düşüb. Nəticədə 4 nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya aparılıb. Polis hadis
17 aprelYeni kəşf edilən planetin bir tərəfi həmişə qaranlıq olaraq qalır
Bu super-dünya bir tərəfi daim qaranlıq tərəfə malik olduğu təsdiqlənən ilk planet kimi qeydə alınıb. Təsəvvür edin ki, qərb yarımkürəsində həmişə gecə, şərq yarımkürəsində isə həmişə gündüz olur və Londonda yaşayan insanlar Günəşi ancaq Tokio kimi bir şəbərə uçub görə bilirlər. xarici mətbuata istinadə
16 aprelRusiyada bankomatı partladıb içindəki pulları apardılar - VİDEO
Rusiyanın Omsk şəhərindəki "Sberbank"ın filiallarından birinin bankomatı partladılıb. Bu barədə RT məlumat yayıb. Hadisə zamanı bankomat partladılsa da, xəsarət alan olmayıb. Faktla bağlı "külli miqdarda oğurluğa cəhd" maddəsi ilə cinayət işi açılıb. Bildirilir ki, bankomatı partlada
17 aprelTürkiyədə güclü zəlzələ oldu - FOTO
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib
18 aprelDünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi
ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə
18 aprel