İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - Heç vaxt bağışlamayacam

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - Heç vaxt bağışlamayacamİstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətl işi üzrə məhkəmə prosesi keçirilib.

E.İsmayılovu qətlə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.

G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək deyib ki, E.İsmayılovu "məcburən" öldürüb. Çünki ona 4 milyon dollarlıq borc haqda sənədi "zorla imzalatmışdı" və həmin pulları almaq üçün davamlı təhdidlər edirdi.

"Tez-tez mənə zəng vurur, təhdid edirdi. Telefonda mənə Floryadakı evimdən uşaqlarımı, nəvələrimi oğurladacağını deyirdi. Artıq ağlını itirmişdi. Həmin gün ofisə çağırdı. Telefonla kiminləsə danışdı, "harada qaldınız, gəlin bunu götürün" dedi. Etimad 2018-ci ilin martında bir azərbaycanlı iş adamından 5 milyon dollar istədi. Adam pulu tapa bilməyəndə Bursada cipini yandırdı. Mən onun ofisinə gedərkən yolüstü evə baş çəkdim, hədiyyə verilmiş silahımı hər ehtimala qarşı yanımda götürdüm. Ofisə getdim, mənə söydüyü söyüşləri dilə gətirmək mümkün deyil. Ondan şikayət etsəm xeyri olmaaycaqdı, heç kim mənə kömək etməyəcəkdi. Mənə "səni indi Gürpınara aparacaqlar" dedi, sonra azyaşlı qız nəvəmin başına oyun açacaqlarını bildirdi. Digər nəvəm Dəmirin barmaqlarını kəsəcəklərini dedi. Birdən ayağa qalxdı, sağ əlini cibinə atdı. Mən də silahımı aldım. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi", - Dəmirov ifadəsində deyib.

O, daha sonra Etimadın atasından üzr istəyib:

"Atası buradadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan çox üzr istəyirəm. O da Etimadın necə adam olduğunu bilir. İndi çox peşimanam, kaş bu hadisə baş verməməydi. Hadisədən sonra maşına minib sürücümlə Beşiktaşa getdim. Oğluma telefonla baş verənləri danışdım. Qaçmaq istəsəydim yarım saat ərzində İstanbuldan çıxardım, amma ailəm buradadır. Beşiktaşda bir kafedə oturduq. Barışa dedim sən ailəmin yanında ol, mən taksiyə minib təslim olmağa gedəcəyəm. Əgər əvvəlcədən öldürmək planım olsaydı xaricdən adam çağırıb öldürdərdim..."

İlyas İsmayılov isə ifadəsində təqsirləndirilən şəxsin onun oğlu haqda dediklərinin yalan olduğunu bildirib.

"Mən türk ədalətinə inanıram. Oğlum onun danışdıqları kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst adam idi. Öz pulu ilə Somalidə uşaqlar üçün artezianlar qazdırmışdı. İmzaladığı müqavilələrdə yetimxanalarda yardım haqda bənd qoyurdu. Əgər şübhəli məsələni əvvəlcədən mənə desəydi oğlumla danışardım, işi yoluna qoyardım. Mənim bir sözümü iki etməzdi. Səni heç vaxt bağışlamayacam", - o, qatilə üz tutaraq deyib.

Məhkəmə Gözəl Dəmirovun məhkəmə istintaqı müddətində sərbəst buraxılması haqda vəsadəti təmin etməyib, Barış Aslanın isə barəsində başqa yerə getməmək haqda iltizam alınıb. Proses davam edir.

Xatırladaq ki, bu cinayət 2018-ci ilin sentyabrında İstanbulun Florya məhəlləsində baş verib. (virtualaz.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3793   Tarix: 14 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar. Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar. Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onu

24 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır. Qeyd olunub ki, 88 yaşlı Salman bi

24 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24 aprel
.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel