Azərbaycanda polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - DİN-dən RƏSMİ AÇIQLAMA

Azərbaycanda polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - DİN-dən RƏSMİ AÇIQLAMADaxili İşlər Nazirliyi (DİN) polkovnik Qadir Vəlişovun həbsi ilə bağlı məlumat yayıb.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6811   Tarix: 15 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel