DİQQƏT! Apteklərdən bunu ALMAYIN - SAXTA İMİŞ - FOTO

DİQQƏT! Apteklərdən bunu ALMAYIN - SAXTA İMİŞ - FOTOAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Sonxeber.az xəbər verir ki, AQTA-ya "İnvest-Plus" MMC şirkəti tərəfindən "Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti" şirkətinin istehsal etdiyi "Foden" əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (bundan sonra - BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində daxil olan müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.

Lakin 19.11.2019-cu il tarixində "Foden" nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı "Foden" əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin "İstifadə qaydası və dozası" bəndində "14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə" ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında "0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı" ifadəsi əks olunub. Eləcə də, "Əks göstərişlər" bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"na əsasən isə bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir.

BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də sözügedən məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyini nəzərə alaraq, Türkiyənin "Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti" şirkəti tərəfindən istehsal olunan və "İnvest-Plus" MMC şirkəti tərəfindən idxal olunan "Foden" əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə "İnvest – Plus" MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının "Lisenziyalar və icazələr haqqında" Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilib.

Əlavə olaraq, bu kimi məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə bağlı şübhəli hallarda Agentliyə məlumat verməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4201   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurdu - VİDEO

Martın 26-da Rusiyanın Nijni Tagil şəhərində yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurub. Qeyri-adi qəza magistralın ehtiyat yolla kəsişməsində baş verib. Toqquşma nəticəsində avtomobil ciddi şəkildə əzilib. Avtomobilin sürücüsünün xəsarət alıb-almadığı məlum deyil. Qeyd edək ki, yaxınlıqd

27 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27 mart