"Əsas ixrac bazarı hələ uzun müddət Rusiya və MDB ölkələri olacaq"-RƏY

"Əsas ixrac bazarı hələ uzun müddət Rusiya və MDB ölkələri olacaq"-RƏYAzərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında çox inkişaf etmiş dövlətlərin adlarına rast gəlmək olar. Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr ayları arasında İsveçə ixracat 9,4 faiz, Hollandiyaya isə 1,4 faiz təşkil edib. İdxal statistikası da maraq doğurur. Kanadadan idxal 3,4 faiz, Avstraliyadan isə 2,6 faiz təşkil edib.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, əslində, qeyri-neft sektorunun ixracatında artım qabaqlayıcı şəkildə reallaşdırılır. Bu, Azərbaycan dövlətinin qeyri-neft sektorunun ixrac potensialına ayırdığı diqqətlə bağlıdır. İxracla bağlı, yəni söhbət yüksək texnoloji ixracdan gedirsə, bu daha qabardıcı şəkildə görünür və ciddi güzəştlər tətbiq olunmaqdadır. Amma təəssüf ki, biz yenə də ixracatımızda daha çox xammalın xüsusi çəkisinin yüksək olmasını görürük. Coğrafiya bir qədər Avropa ölkələrinə doğru genişlənir. Amma yenə də qeyri-neft ixracatında ön planda Rusiya Federasiyasıdır. Bu da təbiidir, çünki əsas ixrac bazarı hələ uzun müddət məhz Rusiya və MDB ölkələri ilə bağlı olacaq. Bununla yanaşı idxalda yenə də ənənəvi olaraq Avstraliyanın və bəzi Avropa ölkələrinin xüsusi çəkisinin kifayət qədər çox olmasını görürük. Bu konkret məhsullarla bağlıdır.

Buna misal olaraq Avstraliyadan yağların, Avropadan texniki avadanlıqların idxalını göstərmək olar. Burada istehlak bazarının bitməz ərzaq seqmentinə nəzər salsaq, əsasən burada bizim xarici ticarət tərəfdaşlarımız Rusiya, Türkiyə və İrandır. Bu da təbiidir, çünki ilk növbədə qonşu ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi reallaşdırılır. Amma gələcəkdə ixracın dəstəyi ilə bağlı təşviq mexanizmlərinin daha çox işə düşməsi, ola bilsin coğrafiyada bir qədər dəyişikliklərə səbəb olsun. Əlbəttə, yuxarıda qeyd etdiyim dövlətlər bizim əsas ticarət tərəfdaşlarımız kimi hələ uzun müddət qalacaq və sahibkarlarımız bunu nəzərdən qaçırmamalıdır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1806   Tarix: 20 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Sosioloji Tədqiqatlar Mərkəzi "exit poll"un nəticələrini açıqlayıb: İlham Əliyev liderdir

Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı "exit poll"un nəticələrini açıqlayıb. -ın məlumatına görə, mərkəzin direktoru Natalya İsayeva bildirib ki, 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində "exit poll" keçirilib:. "Exi

7 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral