"Yüksəliş" müsabiqəsinin başlanmasına dair mətbuat konfransı

"Yüksəliş" müsabiqəsinin başlanmasına dair mətbuat konfransıAzərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə dekabrın 27-dən etibarən başlanılmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında müsabiqənin Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üvləri - Gənclər və idman naziri Azad Rəhimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İşçi qrupunun rəhbəri Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Qeyd olunub ki, "Yüksəliş" müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasına təmin edən açıq müsabiqədir.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s.-in idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq.

Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar.

Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Bildirilib ki, müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00- dək davam edəcək.

Onlayn seçim mərhələsində Qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.

Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.

Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.

Mətbuat konfransında qeyd olunub ki, iştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarəedilməsi, sosial məsuliyyət kimi kompetensiyaları qiymətləndiriləcək.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kateqoriya   Baxılıb: 905   Tarix: 27 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Təxribata uymayın - milli ruhumuzu sarsıtmağa çalışan xarici qüvvələr var" - QHT sədri

"Bizim ordumuz da, xalqımız da bütün təxribatların qarşısını almaq gücündədir". Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Sabiroğlu deyib. "İnsanlarda ruh yüksəkliyi var. Bu, möhtəşəm haldır. Ancaq bu birliyimizə mane olmaq istəyə

15 iyul 2020
.

Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz bun

8 fevral 2021
.

Ağdamın Şoltanlı kəndindən VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Şotlanlı kəndindən videogörüntülər yayıb. görüntüləri təqdim edir:

3 iyul 2021
.

Qarabağ aksiyasındakı bu zampolit kimin adından danışırdı?

İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşü Azərbaycan xalqının, gəncliyinin Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xüsusən də öncədən planlaşdırılmayan, heç bir təşkilatçısı olmayan və minlərlə insanın 30 km-dən artıq məsafədə yürüşünün dinc məcrad

16 iyul 2020
.

Orduxanlar, Vidadi İsgəndərlilər və s… - Milli Məclisdə məsələ qaldırıldı

"Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır. Hesab edirəm ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna da yenidən baxılmalıdır". xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib. "Sosial şəbəkələrə diqqə

1 fevral 2019
.

Ən təhlükəli qida hansıdır?

Tərkibində yüksək xolesterin olan heyvan mənşəli məhsullar aqressiv bədxassəli şiş risklərini əhəmiyyətli dərəcədə artıra, onların inkişaf sürətini 100 dəfə qaldıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin alimləri belə bir nəticəyə gəlib. "Science Alert"ə istinadən xəbər verir ki, bu haqd

1 iyun 2021
.

Yıxılarkən qucağındakı qızını BELƏ QORUDU - VİDEO

Türkiyədə buzlu yolda yıxılan və qucağındakı qızını qorumağa çalışan atanın görüntüləri hər kəsi duyğulandırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada buzlu yolda qucağında uşaqla gedən kişinin müvazinətini itirib yerə yıxıldığı an təhlükəsiz kameraları tərəfindən qeydə alınıb. Ata qızını

21 yanvar 2021
.

Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlandı

"Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi, bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı

21 iyun 2020
.

ŞOK: Sevgilisini pəncərədən aşağıya ATDI

Türkiyənin Antalya şəhərində baş verən olay hər kəsin diqqətini çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aytaç Süleyman adlı şəxs sevgilisi Safiye Nur adlı qadını yaşadığı binanın 2-ci mərtəbəsindən aşağıya atıb. Pəncərədən düşən qadın binanın qarşısındakı avtomobilin üzərinə düşüb. Qadı

26 may 2021