Bakılı milyarder xanımın bütün sərvəti donduruldu

Bakılı milyarder xanımın bütün sərvəti dondurulduAnqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti "Sonangol"un Direktorlar Şurasına rəhbərlik edən milyarder-biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.

Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, Anqolanın baş prokuroru İzabel dos Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.

Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, onillər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.

Xəbərlərə görə, İzabel dos Santos prokurorun onun sərvətinə həbs qoyulması barədə sanksiyasını tamamilə yanlış hesab edir və məhkəməyə müraciət edəcəyini, Anqola və beynəlxalq hüququn bütün imkanlarını işə salacağını bildirib.

Anqolada Eduardo dos Santosdan sonra hakimiyyətə gələn Prezident Lurensonun ən böyük vədlərindən biri korrupsiya ilə mübarizə və Santos ailəsinin iqtisadyyat üzərində təsirlərini aradan qaldırmaq barədə olmuşdu.

İzabel dos Santos bildirir ki, o, neft şirkətinin rəhbərliyinə atasının sayəsində deyil, biznesdə qazandığı uğurlar və nüfuz hesabına gəlib. O, barəsində irəli sürülən korrupsiya ittihamlarını rədd edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3177   Tarix: 04 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021