Qonşu ölkələrdən miqrant axını Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?-RƏY

Qonşu ölkələrdən miqrant axını Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?-RƏYQonşu ölkələrin birindən miqrantların qəfil kəskin axın etməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını iqtisadçı-ekspert Akif Nəsirli cavablandırıb. O, bildirib ki, hər bir ölkənin sabiq miqrant axını və daxili vətəndaş sayı var. İqtisadiyyat həmin saylara köklənir və bu saylar üzərində sabitləşir. Sözssüz ki, miqrant axını çox olanda ölkədə qida, yerləşdirmə təminatı məsələsi var. İstənilən ölkə üçün kəskin miqrant axını ciddi problemlərə yol açır. Ölkədə qida və yaşayış üçün yer çatışmazlığına gətirib çıxarır ki, bu da digər problemlərin də yaranmasına səbəb olur. Əsas problem bunlardır.

Azərbaycanın hansı həcmdə miqrant axını qəbul edə biləcəyini dəqiq hesablamaq mümkün deyil. Amma ölkənin təxminən 50,60,100 min nəfər civarında miqrant qəbul etmək imkanı var.
Miqrasiya axınının valyuta bazarına təsiri miqrant axınının hansı istiqamətdən olacağı ilə bağlıdır. Əgər miqrant axını varlı ölkələrdən-Amerikadan, Yaponiyadan, Avropadan gəlsə bu ölkəyə valyuta gətirərdi. Amma məsələ burasındadır ki, son hadisələrlə bağlı İrandan migrant axını gözləyiriksə, həmin ölkədən bizə ciddi valyuta axınını gözləmək düzgün olmazdı. Orada əhali kifayət qədər kasıbdır və digər tərəfdən kasıb əhalinin valyuta ehtiyatı çox azdır. Ona görə də hesab edirəm ki, gözlədiyimiz miqrant axını ölkəmizə o qədər də ciddi valyuta həcmləri gətirməyəcək. Dünyada iki cür- hazırlıqlı və məcburi miqrant axını var. Məsələn, Azərbaycan yaşayış üçün çox sərfəli ölkədir və bura miqrant məqsədyönlü şəkildə gəlirsə, köç edən insan öz varidatını da bura gətirir. Bir də var məcburi şəkildə, yəni, müharibə səbəbi ilə miqrasiya baş verir. Ümumiyyətlə miqrasiyanın fərqləri var. Dünyanın geridə qalmış ölkələrindən miqrantalar gələndə, özləri ilə pul, vəsait gətirmirlər. Onlar özləri üçün yeni bir həyat qurmağa, iş tapmağa gəlirlər. Əgər bizim ölkəmizə də miqrantların axını olacaqsa, ciddi valyuta həcmlərinin Azərbaycana gətirilməsi gözlənilmir.

Sözssüz ki, bu miqrasiya axını daşınmaz əmlak bazarına da təsir edəcək. Çünki həmin miqrantların içərisində ev almaq imkanına malik olanları da olacaqdır. Ona görə də bu bazara müsbət təsir edə bilər. Əgər ölkəyə miqrant axını olacaqsa, ona yönəlik Azərbaycan hökumətinin siyasəti olacaq. İlkin mərhələdə vergilərin topllanmasına, sosial təminatın və digər tədbirlərə elə ciddi təsir göstərməyəcək. Sadəcə olaraq Azərbaycan hökuməti öz vətəndaşlarının sosial müdafiəsinə yönəltdiyi vəsaitlərin bir qismini miqrantların yerləşdirilməsi və qida məsələlərinə ayırmaq məcburiyyətində qalacaq, bu zaman isə büdcənin icrasında ciddi problemlər yaşana bilər".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6452   Tarix: 07 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021