"Rusiyaya ixracatımızın həcmini 3-4 milyard dollara çatdırmaq imkanımız var"-RƏY

"Rusiyaya ixracatımızın həcmini 3-4 milyard dollara çatdırmaq imkanımız var"-RƏYRusiyada kontr-sanksiya tədbirləri çərçivəsində kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş məhdudiyyətlər 31 dekabr 2020-ci ilə qədər uzadıldı. Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları embarqo altındadır. Bu dövlətlər sırasında AB ölkələri, ABŞ, Kanada, Avstraliya və Norveç də var. Daxili bazarın balanslaşdırılması üçün Rusiya Federasiyası əsasən MDB ölkələrindən, o cümlədən Azərbaycandan ərzaq məhsullarının idxalını təşviq edir.
Bu Moskva-Azərbaycan arasındakı ticarətə hansı müsbət təsirləri olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Elşad Məmmədov açıqlama verib. O, bildirib ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab addımı olaraq Rusiya Federasiyasına idxalla bağlı məhdudiyyətlər var:
"Bu məhdudiyyətlərin 2020-ci ilin sonuna kimi uzadıldığı elan edilsə də, amma böyük ehtimal bu uzun müddət davam edəcək. Sözssüz ki, MDB məkanında yerləşən bir sıra dövlətlər, o cümlədən Azərbaycan üçün yeni imkanlar açılır. Rusiya ənənəvi olaraq Azərbaycan ixracatçıları, qeyri-neft sektoru və ilk növbədə kənd təsərrüfatı seqmenti üçün əsas ixrac bazarıdır. Hesab edirəm ki, aidiyyatı dövlət qurumları və eyni zamanda biznes mühiti bu məsələyə çox ciddi yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, bu Azərbaycanın real sektoru üçün böyük imkanlar pəncərəsini açır. Ölkəmizdə qeyri-neft ixracatının xüsusi çəkisinin artırılması ən prioritet vəzifələrdən biridir. Müəyyən problemlər onunla bağlıdır ki, Azərbaycan Rusiya ilə hansısa bir inteqrasiya iqtisadi birliyinə, yəni, nə Gömrük, nə də Avrasiya iqtisadi ittifaqına daxildir. Bu baxımdan müəyyən mənada MDB məkanında yerləşən bəzi rəqabət aparan dövlətlər ilə mübarizə aparmaq çətindir. Eyni zamanda unutmayaq ki, Azərbaycanın ixrac etdiyi məhsullar spesifikdir. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər imkan verir ki, güzəştlərlə Rusiya bazarına daxil olmaq mümkün olsun. Düşünürəm ki, yaxın müddətdə perspektivdə biz məhz Rusiya və bütövlükdə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı ilə əlaqələrimizi dərinləşdirməliyik. Çünki neft amili müvəqqətidir və bunu artıq hamı dərk edir. Yəni neft xammalı ixracatına söykənmiş iqtisadi sistem müvəqqətidir. Ona görə də biz qeyri-neft sektorunun inkişafından danışmalıyıq. Çünki, bu gün qeyri-neft ixracatımıza böyük fərqlə Rusiya öndə gedir. Bu açılan imkanlar pəncərəsindən istifadə edərək Rusiya ilə həm ikitərəfli, həm də digər formatlarda iqtisadi əməkdaşlığımızı dərinləşdirməliyik. Qeyd edim ki, artıq bunun müsbət nəticələrini də görürük. Rusiyaya ixrac potensialımız yüksəkdir. Həmçinin Rusiyaya ixracatımızın həcmini 3-4 milyard dollara çatdırmaq imkanımız var".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1272   Tarix: 08 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021