"Türkiyə artıq daxili problemləri ilə vuruşan yox, regional hegemon dövlət olmaq istəyir"-RƏY

"Türkiyə artıq daxili problemləri ilə vuruşan yox, regional hegemon dövlət olmaq istəyir"-RƏYTürkiyə ordusunun ilk hissələri yanvarın 7-da Liviya ərazisinə daxil olub. Bu barədə Liviya Milli Razılıq Hökuməti nümayəndəsi məlumat verib.
Türkiyə parlamenti yanvarın 2-də hərbi qüvvələrin Liviyaya göndərilməsi barədə sənəd qəbul edib.
Qeyd etmək lazımdır ki, Türkiyə artıq özünə, daxili problemlərinə qapılıb qalan ölkə olmaqdan çıxaraq regional hegemona çevrilir. Suriyada 2016-cı ildən sonra taktiki gediş edərək Rusiya ilə yaxınlaşan Türkiyə beynəlxalq koalisiyanın bir hissəsi kimi deyil, müstəqil güc kimi çıxış etməyə başlayıb. Türkiyə ötən 4 ildə Suriyada 3 hərbi əməliyyat ("Fırat Kalkanı", "Zeytin Dalı" və "Barış Pınarı") keçirməklə mövqelərini gücləndirib. Kürd thlükəsini sıradan çıxarıb və Suiryada qərar verən bir neçə ölkədən birinə çevrilib.
İndi isə Türkiyə Liviyada iki savaşan qrupdan birini – BMT-nin rəsmən tanıdığı Fəyyaz Sərac hökumətini dəstəkləyir. Bu, Ankaranın əlini gücləndirir. Digər tərəfdən, Türkiyə noyabrda F.Sərrac hökuməti ilə anlaşma imzalayaraq faktiki olaraq Misir və Yunanıstan hökumətlərinin Türkiyəni kənarda qoymaqla Aralıq dənizindəki fəaliyyətlərini neytrallaşdırdı.
Ankara Liviya əməliyyat ilə nüfuz dairəsini daha da genişlədir və rəqiblərinin onu "öz meydanında oyuna məcbur etmək" taktikasını pozaraq artıq rəqibləri ilə daha uzaq meydanda qarşılaşır. Bu həm də Türkiyəni "soyuq müharibə" illərindəki özünə qapalı ölkə olmaq istəmədiyi və güc mərkəzi kimi çıxış etdiyini göstərir.
Bütün hallarda bu prosesdə Ankara hərbi-siyasi, strateji olaraq qazanclı tərəfdir.

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, yaranmış vəziyyətdə proseslər sona çatmadığı üçün kimin daha çox qazanacağını indidən proqnozlaşdırmaq çox çətindir:
"Suriyadakı vəziyyətə baxanda elə başa düşürəm ki, Türkiyə orada qazanclılar sırasında heç də birinci yerdə deyil, hətta, üçüncü yeri belə mübahisəlidir, amma digər iki yer Rusiya və İrana məxsusdur. Suriyanın daxilində kifayət qədər ciddi proseslər gedir. Eyni zamanda Türkiyənin Liviyaya meyil etməsinin səbəbi Suriyada üstünlüyü qazana bilməməsidir. Türkiyə artıq ayrıca bir dövlət və yaxud öz daxili problemləri ilə vuruşan biri yox, regional hegemon dövlət olmaq istəyir. Yəni, Osmanlı imperiyasının miqyası, hüdudları çox tez-tez indiki Türkiyə rəhbərliyinin yadına düşür. Həmçinin Türkiyə Liviyaya ona görə daxil oldu ki, Rusiya ilə alverə gedə bilsin. Rusiya gözlənilmədən Liviyada da vəziyyəti ələ alıb. Xəftəri siyasi hakimiyyətə gətirən Amerika olsa da, Xəlifə Xəftər Rusiyanın adamıdır. Hətta Qəddafinin dövründə belə Xəftərin Amerika ilə əlaqələri olub. Amma o zaman deyə bilməzdi ki, bu əlaqələr siyasidir. Çünki Qəddafi tamam fərqli siyasət aparırdı. Liviya dağılandan sonra son 3-5 ildə Xəftəri ortalığa gətirən Amerika oldu. Amma sonradan məlum oldu ki, Xəftər məhz Rusiyanın adamı imiş. Doğurdan da təxminən iki il əvvələ qədər Xəftər hər ayın əvvəli və sonu Moskvada olurdu. Görünür Xəftər lazımi silahları artıq alıb. İndi Türkiyə düşündü ki, Suriyada nəyi varsa versin Rusiyaya və Türkiyə Suriyadan çıxsın. Əvəzində isə Rusiyanın Liviyada nəyi varsa versin Türkiyəyə, yəni, Türkiyə Rusiya ilə sövdələşməyə getməkdə idi. Amma gözlənilmədən bəlli oldu ki, Rusiya Türkiyəyə ümumiyyətlə Liviyada yer vermək istəmir. Rusiya bəri başdan deyir ki, hansı dövlət Liviyaya daxil olacaqsa əvvəlcə Moskva ilə razılaşıb sonra girməlidir. Məlum olur ki, Amerikadan daha çox Rusiyanın Liviyada təsiri var və rolu güclüdür. Eləcə də, indi Türkiyə Rusiyadan da geri çəkilə bilməz. Çünki, Türkiyənin ərəb inqilaqları dövründə həm Misir, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri gərgin idi və Türkiyənin qazandığı təkcə Qətərdə hərbi baza idi. Gördüyünüz kimi, Türkiyənin İranla münasibətlərində orta dövr üçün normal səviyyəli bir münasibətləri oldu. Amma sonradan vəziyyət dəyişdi, Türkiyə axırıncı dəfə Suriyanın ərazisinə qoşun göndərəndə, İran hətta Türkiyə hərbçilərinə atəş açdı. Yəni, İran Türkiyədən tələb etdi ki, Suriyadan qoşunlarını çıxartsın. Hazırda Türkiyə geosiyasi baxımdan şəxsən Liviya məsələsində tam təkdir. ABŞ onun əleyhinədir, Misir artıq Rusiya ilə danışıqlara getdi ki, Türkiyə Liviyaya gəlməməlidir. Hazırda Türkiyə gedən proseslər fonunda özü üçün daha çox rəqib yaradır. Düşünürəm ki, hazırda Ərdoğan hökuməti üçün bir fürsət olmalıdır ki, Türkiyəni özünü daxildən gücləndirsin. Çünki, Türkiyənin indiki vəziyyəti ABŞ-ın ona inamını azaldır, Misiri onu üzərinə təhrik edir, İran isə yeri gəlsə Türkiyə ilə müharibə belə etməyə hazırdır. Ona görə də, Liviya məsələsindən daha vacib Türkiyənin müəyyən qədər pauza götürüb özünün daxili və xarici siyasətini gücləndirməsidir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3874   Tarix: 08 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel