ABŞ-dan İrana şərtsiz danışıq TƏKLİFİ
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft gərginliyin artmasının qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyə daha da təhlükə yaratmamaq üçün İrana "şərtsiz danışıqlar" təklif edib.
Sonxeber.az "CNN Türk"-ə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik ilə bağlı iclasında Kraft iranlı general Qasim Süleymaninin öldürülməsini "qanuni müdafiə" olaraq xarakterizə edib.
Kraftın sözlərinə əsasən, ABŞ rəhbərliyi İran və İraqın dəstəklədiyi hərbçilərin son zamanlar bölgədəki maraqları səbəbindən Birləşmiş Ştatların hərbi qüvvələrinə qarşı etdikləri hücumlara görə "müdafiə" tədbiri görərək, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ölkəsini "qanuni müdafiə" edib.
Kraft İran və xalqı üçün rifah və gözəl gələcək istədiklərini vurğulayıb: "ABŞ bunu istəyən hər kəs ilə əməkdaşlıq etməyə hazırdır".
"ABŞ beynəlxalq sülh və təhlükəsizliyin risk altında olması və İran rejiminin gərginliyi artırmasının qarşısını almaq üçün İranla qeyd-şərtsiz, ciddi danışıqlara hazırdır", - deyə o, BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.
Fəridə Ağazadə
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş