"Ankara və Moskva arasında əməkdaşlıq Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük töhfə verə bilər"-RƏY

"Ankara və Moskva arasında əməkdaşlıq Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük töhfə verə bilər"-RƏYDünən daha bir Türkiyə-Rusiya ortaq layihəsinin açılışı olub. İstanbulda "Türk axını" qaz kəməri açılıb. Son 4 ildə Türkiyə və Rusiya arasında ciddi yaxınlaşma. əməkdşalıq müşahidə olunur.
Putin deyib ki, beynəlxalq oyunçular tərəfindən müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir.Türkiyə və Rusiyanın bu dərəcədə yaxınlaşması Azərbaycana, Cənubi Qafqaza nə vəd edir?
Dağlıq Qarabağ mümnaqişəsinin həllinə müsbət təsir edəcəkmi?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Məhəmməd Əsədullazadə danışıb. O, bildirib ki, son illər Rusiya və Türkiyə arasında Yaxın Şərqdə strateji, koordinasiyalı şəkildə birgə hərəkət, xüsusilə iki dövlət arasında enerji layihələrində əməkdaşlıq siyasi yaxınlaşmanı özündə ehtiva edir:
"Qeyd edim ki, iki ölkə arasında müəyyən siyasi əlaqələr enerji əməkdaşlığı, "Türk axını" və digər qaz kəmərlərinin çəkilməsi ilə müşayiət olundu. Rusiyadan Türkiyəyə çəkilən "Türk axını" qaz kəməri regional əməkdaşlıq fonunda iki dövlətin regionda iqtisadi, siyasi həmçinin hərbi-texniki tərəfdaşlığına və iki dövlət arasında müəyyən münaqişələrin həllinə töhfə verəcəyinə işarədir. Türkiyə və Rusiyannın Suriyada əməkdaşlığı sülhün və təhlükəsizliyin qismən əldə olunmasına gətirib çıxartdı. "Türk axını" layihəsində Putin bundan sonra da iki dövlətin Liviyada da ortaq məxrəcə gələ biləcəklərini qeyd etdi.
Qeyd edim ki, Ərdoğanla Putin arasında hazırda çox ciddi konfidensial şəkildə birgə razılaşma var. Bu razılaşma fonunda tərəflər regionda olan münaqişələrin həllinə birgə çalışacaqlar. Biz Suriya və Liviyada artıq bunun şahidi oluruq. Təbii ki, bu əməkdaşlıq Cənubi Qafqaza da müsbət təsiri olacaq. Çünki, bir neçə il əvvəl Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi danışıqlar aparıldı. Amma təəssüflər olsun ki, müəyyən səbəblərə görə bu danışıqlarda ciddi nəticə əldə olunmadı. İndi göründüyü kimi iki tərəf arasında siyasi, iqtisadi, hərbi-texniki həmçinin enerji daşıyıcıları ətrafında aparılan müzakirələr artıq yüksək əməkdaşlığa gətirib çıxardır. Bu da Cənubi Qafqazda münaqişənin həllinə töhfə verə bilər. Məhz, Türkiyənin regionda getdikcə artan rolu Qarabağ münaqişəsinin həllində də ciddi diqqətin artmasına gətirib çıxara bilər. Bu mümkün bir ssenaridir. Əlbəttə ki, bu da regionda sülhün, sabitliyin həmçinin Azərbaycan ərazi bütövlüyünün həllinə gətirib çıxara bilər. Qeyd etdiyim kimi artıq Ermənistan mətbuatında da Rusiya və Türkiyə münasibətlərinin yüksək inkişafının Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracağını ciddi cəhdlə öndə hesab edir. Hesab edirəm ki, Ankara və Moskva arasında bu əməkdaşlıq regionda Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük töhfə verə bilər. Təbii ki, bu proseslər Rusiyanın siyasi iradəsindən çox asılı olacaq. Yəni, Liviya məsələsində tərəflər ortaq məxrəcə gələ bilsələr, bu ssenari Dağlıq Qarabağ münaqişəsinin həllində də mümkün olacaq"

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5898   Tarix: 10 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021