"Təyyarənin vurulması İran hərbi qüvvələri arasında koordinasiyalı bir fəaliyyətin olmadığını açıq şəkildə göstərdi"-RƏY

"Təyyarənin vurulması İran hərbi qüvvələri arasında koordinasiyalı bir fəaliyyətin olmadığını açıq şəkildə göstərdi"-RƏYMəlum olduğu kimi, bu günlərdə İran İraq ərazisində ABŞ hərbçilərinin yerləşdiyi bazaya ballistik raket atdıqdan bir neçə saat sonra Ukraynaya məxsus sərnişin təyyarəsini bilmədən vurulduğunu açıqlayıb.
Bu gün səhər saatlarında isə İran Silahlı Qüvvələri Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin "insan səhvinə görə" vurulduğunu bildirib.

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib. O, bildirib ki, ABŞ ilə İran arasında Yaxın Şərqdə hərbi ,siyasi və iqtisadi konfrontasiya hazırda çox ciddi problemlərə gətirib çıxarmaqdadır. Amerikanın Bağdadda İranın Qüds Qüvvələri komandanı Qasım Süleymaninin öldürülməsindən bir neçə gün sonra Tehran hava limanından qalxan, Ukraynaya məxsus "Boeing-737" sərnişin təyyarəsinin qəzaya uğraması müəyyən fikirlərin yaranmasına səbəb oldu. İran çalışırdı ki, belə bir təyyarənin vurulmasını pərdəarxası konfidensial olaraq Amerikanın üzərinə yıxsın ki, guya Amerika bu təyyarəni raket atəşi ilə vurub. Amma ilk açıqlamalar da ABŞ və Kanadadan gəldi. Onlar bu cür sərnişin təyyarəsinin İran tərəfindən qəsdən ehtimal ediləcək dərəcədə vurulduğunu qeyd etsələr də, faktla bunu sübut edə bilmədilər. Təbii ki, artıq İran rəsmi şəkildə etiraf edi ki, "Boeing" sərnişin təyyarəsi SEPAH-ın ərazisindən keçən vaxt SEPAH tərəfindən vurulub. Əlbəttə, bu təyyarənin vurulması bir neçə məqamı göstərir. Belə ki, bu hadisə SEPAH-ın müstəqil şəkildə Ali Baş Komandan və digər ordu birləşmələri ilə əlaqə qurmadan mülki təyyarəni vurub yerə salması, İran hərbi qüvvələri arasında koordinasiyalı bir fəaliyyətin olmadığını açıq şəkildə göstərdi. Bu da o deməkdir ki, İran Amerika ilə müharibəyə hazır deyil. Bu da, İran hərbi hava qüvvələrinin qeyri-peşəkarlığını yəni, mülki təyyarəni hərbi təyyarədən ayırmaq üçün bir texnologiyasının olmadığının və İranın Silahlı Qüvvələrinin ciddi şəkildə texniki imkanlardan zəif olduğu anlamına gəlir. Amma həmişə rəsmi Tehran öz müasir texnologiyaya malik ordusu ilə qürrələnirdi. Amma məlum olur ki, İran ordusu heç də müasir texnoloji parametrlərə cavab vermir. Həmçinin İranın Ukranyaya məxsus sərnişin təyyarəsini vurması hesab edirəm ki, qəsdən ola da bilər, yəni, hər bir variant mümkündür. Çünki Tehran rejimi qapalı bir rejimdir. Regionda, Yaxın Şərqdə ciddi şəkildə öz siyasi, hərbi məqsədlərini həyata keçirmək üçün bütün mənfi yəni, humanitar fəlakətlərə, hərbi cinayətlərə yol açan parametrlərdən istifadə edir. Təyyarənin vurulması məhz Amerikaya bir mesaj da ola bilər ki, yəni sizin sərnişin təyyarəniz də hədəfimiz ola bilər. Təbii ki, bu versiyadır. Amma göründüyü kimi bir sərnişin təyyarəsinin SEPAH tərəfindən Tehran yaxınlığında vurulması göstərir ki, rəsmi Tehranın hakimiyyət elitasında ciddi şəkildə haçalanmalar var. Tərəflər bir-birinə tabe olmur və dövlət içində ayrı-ayrı paralel dövlətlərə malikdirlər. Belə olan halda, İranın Amerika kimi qlobal güc ilə müharibə etməsi təbii ki, gülünc görünə bilər. Baxmayaraq ki, İraqda və Suriyada vəkalət müharibəsi aparırlar. Amma bu təyyarə hadisəsi göstərdi ki, İran heç də Amerika ilə müharibə aparacaq şəkildə güclü bir ölkə deyil. Qeyd etdiyim kimi adi bir sərnişin təyyarəsini Tehran yaxınlığında ayırd edə bilmədən, səhvən vurulduğunu etiraf edən İran heç vaxt müharibə etmək iqtidarında olan ölkə deyil.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7523   Tarix: 11 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021