Astarada narkotacirlər saxlanıldı
Astara polisi 2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb.
Astara Rayon Polis Şöbəsinə gətirilən Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram narkotik vasitə olan heroin, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1191 Tarix: 13 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDüşmən casusuna hökm oxundu
Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət
16 mart66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı
Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib
23 martAilə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil
27 martNazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy
16 aprelİki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO
2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr
20 martƏhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ
Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin
8 aprel